Vakansiya haqqında
·Xarici Qiymətli Kağızlar bazarında emissiya edən qlobal şirkətlərin kredit riskinin müəyyən edilməsi üçün təhlillərin və araşdırmaların aparılması;
·Aparılan araşdırmalar və təhlillər əsasında potensial investisiyalar üzrə müvafiq rəyin (alış/satış/saxlanılma) verilməsi;
·Maliyyə bazarlarında baş verən tendensiyaların müşahidə edilməsi və mövcud investisiya portfelinin kredit riskinə təsirinin müəyyənləşdirilməsi;
·Qiymətli kağızların alğı-satqısı üzrə həyata keçirilən əqdlərin daxili qaydalara əsasən yoxlanılması və təsdiqlənməsi;
·İnvestisiya portfelinin inkişafı üzrə Bankın İnvestisiya Şöbəsinə dəstəyin verilməsi və s.
Kapital Bank-da iş mühiti ilə daha yaxından tanış olmaq üçün keçid edin - https://bit.ly/3JfQX9T
Namizədə tələblər:·Ali təhsil (maliyyə/ iqtisadi);
·Bloomberg Market Concept sertifikatının olması arzuolunandır;
·CFA və ya FRM sahəsində nailiyyətlər arzuolunandır;
·Qiymətli Kağızlar bazarına dair məlumatın olması;
·Araşdırma və analitik düşünmə bacarığı;
·Qərarvermə və kollektiv mühitdə işləmə qabiliyyəti;
·Bloomberg terminalı ilə tanışlıq;
·Təqdimatların hazırlanması;
·Bu səhədə iş təcrübəsinin olması arzuolunandır.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!