Korporativ idarəetmə və biznes proseslərin modelləşdirilməsi şöbəsinə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis

Korporativ idarəetmə və biznes proseslərin modelləşdirilməsi şöbəsinə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis

ABB
  • Şəhər

  • Kateqoriya

    Maliyyə

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    29 sentyabr 2025

  • Bitmə tarixi

    29 oktyabr 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Korporativ bankçılıq üzrə Mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Görəcəyiniz işlər:

  • Bankın struktur bölmələri ilə birgə bankdaxili biznes prosesləri təhlil etmək və biznes proseslər üzrə qrafik təsvirləri (biznes proses modellərini) hazırlamaq;
  • Biznes proseslərin təhlili, vizuallaşdırılması, idarə edilməsi və reyestrinin aparılması kimi istiqamətlər üzrə layihələrdə iştirak etmək, qabaqcıl təcrübələrin Bankda tətbiqi üçün araşdırmalar aparmaq;
  • Bankın struktur bölmələrindən daxil olan sorğulara əsasən normativ sənəd layihələrini hazırlamaq və müvafiq struktur bölmələri tərəfindən razılaşdırılması prosesində iştirak etmək.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsili olan (xaricdə və biznesin idarə edilməsi, menecment, iqtisadiyyat, hüquq və ya digər uyğun sahələr üzrə ali təhsil arzuolunandır);
  • Microsoft Office proqramlarından yaxşı səviyyədə (Word, PowerPoint – yüksək, Excel – orta) istifadə etmək bacarığına sahib olan;
  • Səlis Azərbaycan dili biliklərinə malik olan;
  • İngilis dilini yaxşı səviyyədə bilən;
  • Punktual, detallara diqqət edən, effektiv ünsiyyət, konflikt həll etmək və təqdimat bacarıqlarına sahib olan.
  • Biznes proseslərin təhlili, modelləşdirilməsi və idarə edilməsi sahəsində təcrübənin və peşəkar sertifikatların olması əlavə üstünlükdür.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalardan bildiriş al

Korporativ idarəetmə və biznes proseslərin modelləşdirilməsi şöbəsinə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox