Vakansiya haqqında
Görəcəyiniz işlər:
• Müxtəlif hesabatların hazırlanması, təhlili və təqdim edilməsi;
• SQL proqramı vasitəsi ilə məlumatların təhlili;
• Hesabatların təkmilləşdirilməsi;
• Microsoft PowerPoint proqramında təqdimatların hazırlanması.
Bizim üçün uyğun namizəd:
• Ali təhsilli (iqtisadiyyat, maliyyə, riyaziyyat sahəsində təhsil arzuolunandır);
• Sahə üzrə minimum 1 il (mütəxəssis pozisiyası üçün); 2 il (aparıcı mütəxəssis pozisiyası üçün) iş təcrübəsinin olması tələb olunur;
• Microsoft Excel, Microsoft PowerPoint, SQL proqramlarında yüksək səviyyədə biliklərə malik olmalı;
• İnduktiv və analitik təhlil bacarığına sahib olmalı;
• Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
• Komandada işləmək bacarığına sahib olmalıdır;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ CRM şöbəsinə aparıcı mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!