Vakansiya haqqında
“Azər-Türk Bank” ASC İnformasiya Texnologiyaları Departamentinin İnformasiya sistemlərinin idarə olunması şöbəsində kiçik linux inzibatçısı (junior linux administrator)vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
• Linux əsaslı server infrastrukturun qurulması və dəstək göstərilməsi;
• Web/App serverlərin quraşdırılması və müşayiəti;
• Linux əsaslı sistemlərin təhlükəsizlik sazlanmalarının aparılması;
• Skript dillərində tapşırıqların avtomatlaşdırılması;
• Ehtiyat nüsxələrinin götürülməsi və bərpası;
• İdarəçiliyində olan sistemlərin mütəmadi monitorinqi;
• Tələblərə uyğun olaraq serverlərin sazlanması və testlərin aparılması.
Namizədə tələblər:
• Ali təhsil;
• Bank sahəsində minimum 1 il iş təcrübəsi;
• Azərbaycan dili səlis, ingilis dili biliyi yaxşı səviyyədə olmalı;
• Administrator səviyyəsində RedHat, Ubuntu Server əməliyyat sistemləri ilə çalışma bacarığı;
• Server skriptlərinin (Python və ya Bash) yazılması üzrə iş təcrübəsi;
• Linux/Unix server əməliyyat sistemlərinin işində baş verə biləcək hadisələrin diaqnostikası və onların aradan qaldırılması üzrə iş təcrübəsi;
• Tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı;
• Monitorinq alətlərindən istifadə etmək bacarığı.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!