Vakansiya haqqında
İş haqqında məlumat:
• İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
• Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
• Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
• Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi;
• İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi.
Namizədə tələblər:• Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
• Kimya mühəndisi
• Qida mühəndisi
• Mexanika mühəndisi
• Sənaye mühəndisi
- Sahə üzrə 1 ilə qədər iş təcrübəsinə malik olmalı;
- Araşdırma və analizetmə bacarığı olmalı;
- Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
- MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalıdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@azersun.com elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Proses və keyfiyyət üzrə mühəndis” qeyd olunmalıdır) göndərə bilərlər.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!