Vakansiya haqqında
- Müştərilərə xidmət göstərilməsini təmin edir, əməliyyat günü ərzində nağd pulların və digər qiymətlilərin mədaxil və məxaricini təsdiq edir, Cari hesaba mədaxil əməliyyatlarını icra edir
- Kredit ödənişləri icra edir
- Karta mədaxil əməliyyatlarını icra edir
- Gündəlik nağd manat və valyuta ehtiyyacının müəyyən edilməsində iştirak edir
- Nağd pulun inkassasiyasında iştirak edir
- Kassada olan pulun, digər qiymətlilər və sənədlərin lazımi qaydada yığılmasında iştirak edir
- Valyuta mübadiləsi əməliyyatlarını həyata keçirir
- Bankın məzənnəsinə uyğun olaraq kurs tablolarının dəyişdirilməsini həyata keçirir
- Kassaya mədaxil edilmiş nağd pulların formalaşdırılması və bağlanması, onların dövriyyə üçün ödəmə qabiliyyətliyinin müəyyən edilməsində iştirak edir
- Bankomatların nağd pulla yüklənməsi və boşaldılmasını icra edir
- Ödəniş terminalının boşaldılmasında iştirak edir
- Kassada olan qiymətlilərin qorunmasına və düzgün istifadəsinə görə cavabdehlik daşıyır
- Kassada olan vəsaitlərin həcmi, habelə müştərilər barədə məlumatların sirrinə təminat verir
- Gün sonu nağd pulun və qiymətlilərin faktiki qalığının yoxlanılması, kassa hesabatlarının hazırlanması, sənədlərin qovluğlara tikilməsini icra edir
Ali İqtisadi təhsil
Sərbəst Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır
MS Office bilikləri
Yüksək analitik qabiliyyət
Bank sahəsində minimum 1 (bir) il iş təcrübəsi
AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi bilikləri
Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv
- Tibbi sığorta
- Yığım sığortasına qoşulma imkanı
Siz elektron poçtun “mövzu” yerinə “Kassa xidmətləri” və müvafiq filialı qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!