R

İT Təhlükəsizlik İnzibatçısı

Ram Holding

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. İT Təhlükəsizlik İnzibatçısı vakansiyaları üçün bura daxil olun.

Elan № 8496

İT Təhlükəsizlik İnzibatçısı vakansiyaları

İT Təhlükəsizlik İnzibatçısı vakansiyaları

26 Aprel 2022

Elan tarixi

26 May 2022

Bitmə tarixi

1431

Baxılıb

İş məlumatları

İş barədə məlumat

  • Holdinqin informasiya təhlükəsizliyini qorumaq;
  • Məlumat təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsi və idarə edilməsində iştirak etmək;
  • İT fövqəladə hallar planı ilə işləmək;
  • Məlumat təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçirmək;
  • Texniki avadanlıqların iş təhlükəsizliyini nəzarət etmək, serverlərin və şəbəkə avadanlıqlarının təhlükəsizliyini yoxlamaq;
  • Kibertəhlükəsizlik üzrə dövri status hesabatlar hazırlanmasında iştirak edir;  
  • Təhlükəsizlik sistemlərini konfiqurasiya etmək, təhlükəsizlik tələblərini təhlil etmək və təkmilləşdirmələri tövsiyə etmək;
  • Şübhəli davranış üçün şəbəkə trafikini izləmək;
  • Şirkətin lokal şəbəkəsinin sxeminin hazırlanmasında iştirak edir;
  • Lokal şəbəkənin seqmentləşdirilməsində iştirak edir və seqmentlərin təhlükəsizliyinə nəzarət edir;
  • Perimetrdə və lokal şəbəkədə yerləşən qoruyucu firewall avadanlıqlarını konfiqurasiya edir və nəzarət edir;
  • Firewall avadanlıqlarında icazələrin verilməsində iştirak edir;
  • Təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin edir və loqlama mexanizmlərini konfiqurasiya edir;
  • Kritik informasiya sistemlərinin və avadanlıqların təhlükəsizlik tələblərinə uyğun sazlanmasını təmin edir;
  • Web proqramların təhlükəsizliyini təmin edən nəzarət sistemini qurur və işinə nəzarət edir;
  • Şirkətin kritik informasiya resurslarında olan dəyişikliklərin həyata keçirilməsində kibertəhlükəsizlik nəzarət mexanizmlərini sazlayır;
  • Periodik olaraq daxili və xarici penetration və vulnerability testlərini həyata keçirmək, təhdidləri müəyyən etmək və müdafiə etmək;
  • Daxili audit, risk və informasiya təhlükəsizliyi yoxlamaları nəticəsində ortaya çıxmış kibertəhlükəsizlik üzrə boşluqları aradan qaldırır;
  • Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdırılmasında, testləşdirilməsində və icrasında iştirak edir;
  • Son istifadəçi sistemlərində yoxlamalar aparmaq, boşluqların aradan qaldırılmasını təmin etmək;

İş şərtlərimiz:

Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;

İş qrafiki : Tam iş günü (5 gün);

İş saatları: 08:30-17:30;

Çalışacağınız ünvan: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında);

Şirkət hesabına korporativ nömrə.

NamİZƏDƏ TƏLƏBLƏR

  • Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: İngilis və rus dillərində sahə üzrə terminoloji biliklərin olması;
  • Şəbəkə, Sistem, Təhlükəsizlik avadanlıqları və bu avandalıqların əməliyyat sistemləri üzrə anlayışlar;
  • İT Governance;
  • Risk management;
  • Təhlükəsizlik planı, siyasəti və prosuduru yazmaq bacarığı;
  • İT  audit standartlarına dair məlumatının olması;
  • Beynəlxalq İT standartları üzrə biliklər;
  • Security Operation Center (SOC), SIEM, DLP, Vulnerability scanner və digər təhlükəsizlik sistemləri üzrə bilikləri olmalıdır;
  • İT nəzarət və qiymətləndirmə, İT audit, İTİL və ya COBİT standartları üzrə bilikləri arzuolunandır.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 8496

İT Təhlükəsizlik İnzibatçısı vakansiyaları

İT Təhlükəsizlik İnzibatçısı vakansiyaları

26 Aprel 2022

Elan tarixi

26 May 2022

Bitmə tarixi

1431

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"