İT Sistem Analitiki

İT Sistem Analitiki

Modenis LLC eManat
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İT mütəxəssisi / məsləhətçi

  • Maaş

    1000 - 1800 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    05 sentyabr 2020

  • Bitmə tarixi

    05 oktyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Sistem analitikası üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

İş şəraiti:

• Ofis daxili;
• Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən 1000-1800 AZN
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar yeməyinin verilməsi;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.

Namizədə tələblər:

Təhsil və dil bilik tələbləri:

• Ali təhsil (texniki sahə üzrə olması arzu olunandır) ;
• Azərbaycan dili – Səlis danışıq, oxuma və yazmaq
• İngilis dili – Texniki (A2) danışıq, oxuma və yazma.
• Rus dili – Sərbəst (B2) danışıq, oxuma və yazma.

Namizəddən gözlənilən bacarıqlar :

• Mühüm gorüşlərin protokollarının aparılması və verilmiş tapşırıqların qeyd olunması
• Effektiv dinləmə, müsahibə və sorğulama, öyrənmə, analitik və sistematik düşüncə, modelləmə , eskizləmə və təşkilatçılıq bacarıqları
• Biznes analitik ilə proqramçılar arasındakı tələb axınından layihənin digər tərəfləri(test,UİUX dizayn və s.) arasında baş verən çox tərəfli mürəkkəb məlumat mübadiləsinin və əməkdaşlığın əlaqələndirilməsi bacarığı
• Proqram təminatının inkişafı və inteqrasiya həlləri üzrə texniki tələblərin tərtib edilməsi bacarığı
• Proqramlaşdırma proseslərinin prinsiplərini başa düşmək bacarığı
• Proqram təminatı məhsullarında edilən texniki test nəticələrinin və dəyişikliklərin sənədləşdirilməsi
• Komanda şəklində işləmə bacarığı
• Yeni fikirlərə çevik və açıq olan komanda oyunçusu olmaq bacarığı
• SOAP və REST APİ üzrə texniki biliklərin olması
• JSON və XML faylları üzrə texniki biliklərin olması
• SQL sorğularını hazırlamaq təcrübəsi

Namizəddən gözlənilən iş təcrübəsi :

• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
• Ödəmə sistemləri və proqram təminatı yazılması üzrə layihələrdə iş təcrübəsinin olması
• Funksional tələblər və biznes proseslərin məntiq modelinin(UML və BPMN) layihələndirilməsinin təsvir edilməsi bacarığının olması
• Task menecement platformaları ilə iş təcrübəsinin olması (Redmine, Jira, Confluence, ServiceDesk )

Şəxsi keyfiyyətləri:

• Məsuliyyətli, təşəbbüskarlı və kommunikativ

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.

Göndərilən CV-lərdə mövzu adı yerində "İT Sistem Analitiki”  yazılmalıdır.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox