IT Biznes analitik

IT Biznes analitik

Kapital Bank
  • Şəhər

    Bakı, Baş ofis, Bakı şəhəri, Neftçilər prospekti 61

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    07 oktyabr 2025

  • Bitmə tarixi

    17 oktyabr 2025

Biz Agile komandası olaraq inqilabi və innovativ məhsullar hazırlayır, yeni maliyyə texnologiyaları və yüksək texnolojiı həllər təqdim edirik. IT Biznes Analitiki vəzifəsində siz biznes və texnologiya sahələri arasında körpü rolunu oynayacaq, biznes ehtiyaclarını cari proqramlar, layihələr və təşəbbüslər çərçivəsində IT həllərə çevirmək . Bu vəzifə sizə müxtəlif layihələrdə iştirak etmək, fərqli biznes sahələrində işləmək, şirkətdə bir çox komandalarla əməkdaşlıq etmək və onların qərar qəbul etmə prosesində iştirak etmək kimi unikal imkanlar təqdim edir.

IT və ya Biznes sahələri üzrə bakalavr dərəcəsi;

Proses ekspertizası, biznes analitikası və ya oxşar sahədə ən azı 3 illik iş təcrübəsi;

BPMN, UML və ya digər modelləşdirmə standartları üzrə bilik;

Draw.io, Camunda və ya Bizagi kimi alətlərlə təcrübə;

Agile metodologiyası üzrə təcrübə üstünlükdür;

Güclü analitik düşüncə, problem həll etmə və kommunikasiya bacarıqları;

İngilis dilində texniki səviyyədə səriştə; rus dili biliyi üstünlük hesab olunur;

Məhsulu həm texniki, həm də biznes baxımından testə hazırlamaqda komandaya dəstək olmaq;

Jira və Confluence kimi alətlərlə iş təcrübəsi;

API müqavilələri ilə tanışlıq və sorğu-cavab (request-response) modellərini anlamaq;

Postman və SOAP kimi alətlərlə iş təcrübəsi;

Kredit məhsulları və əsas bank sistemləri üzrə biznes təcrübəsi arzuolunandır.

Peşəkar inkişaf və karyera yüksəlişi imkanları

Rəqabətli əməkhaqqı və bonuslar

Sığorta paketi

Pozitiv iş mühiti

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər və tədbirlər

Əlavə məzuniyyət günləri

Endirimli təhsil və əməkdaş kredit imkanları

Port Baku Tower 2-də yeni və rahat studiya ofis

Agile prinsiplərinə əsaslanan güclü komanda işi, müntəzəm komanda quruculuğu fəaliyyətləri və mövzulu tədbirlər

Multikultural mühit, xarici həmkarlarla bilik paylaşımı imkanı


Biznes tələblərini təhlil etmək və ətraflı analiz hesabatları hazırlamaq;

Müvafiq biznes sahələri üçün həm texniki, həm də biznes səviyyəsində proses və iş axınlarını sənədləşdirmək;

Texniki və biznes komandaları arasında kommunikasiya prosesini asanlaşdırmaq;

Layihə və proseslərin təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;

Sistem və proqram təminatı tələblərinin müəyyənləşdirilməsi və təsdiqlənməsini koordinasiya etmək;

Data analitikası və proses modelləri yaratmaq (BPMN və ya digər standartlardan istifadə etməklə);

Kanban və ya Scrum metodologiyaları vasitəsilə layihələrin idarə olunmasına dəstək olmaq.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox