İstehsal müdiri

İstehsal müdiri

AzProtein Foods Group MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Sənaye

  • Maaş

    2000 - 2500 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    10 iyun 2022

  • Bitmə tarixi

    10 iyul 2022

Diqqət!

Bu elanın vaxtı bitib. İstehsalat üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;

    İstehsal edilən məhsulların keyfiyyətinə cari və son nəzrətin edilməsi;

      Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabatlarını hazırlamaq;

        Xammal stok ehtiyatını nəzarətdə saxlamaq (aidiyyatı şöbələrlə birlikdə);

          İllik büdcələrin hazırlanmasında iştirak etmək;

            İstehsal prosesi və istehsal planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbirlər görmək, həll yolları təklif etmək;

              Tabeçiliyində olan istehsal, texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək;

                İstehsalatda istifadə olunan bütün avadanlıqların düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsini təmin etmək;

                  Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;

                    İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;

                            Əmək haqqı: 2000-2500  AZN (başlanğıc üçün).

                                İş qrafiki: 6 günlük.

                                    Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servislə işə çatdırılma var.

                                            Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotein.vacancy@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.

                                            Namizədə tələblər:

                                            • Təhsil: Ali ;
                                            • Yaş həddi: 30-45;
                                            • Kompüter biliyi: MS Office  (Word, Excel);1C, SAP və ya diger ERP proqramları bilənlərə üstünlük verilir;
                                            • İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
                                            • İş təcrübəsi: İstehsalat sahəsində (qida) və zavodun idarəedilməsində 5-10 il təcrübə;
                                            • Müəssisə Buzovna qəsəbəsində yerləşir.

                                                      Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

                                                      Oxşar vakansiyalar

                                                      Ən son vakansiyalar - İş elanları 2025

                                                      Daha çox