İstehlak Kreditləri üzrə Kiçik Mütəxəssis

İstehlak Kreditləri üzrə Kiçik Mütəxəssis

  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    04 iyun 2020

  • Bitmə tarixi

    04 iyul 2020

Diqqət!

Bu elanın vaxtı bitib. İstehlak kreditləri üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən ,Bank Olmayan Kredit Təşkilatıdır. Müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və bütün ölkə ərazisində təmsil olunur.

VAKANSİYA: İstehlak Kreditləri üzrə Kiçik Mütəxəssis

İŞ ŞƏRAİTİ:

İş qrafiki: həftədə 6 gün (Bazar ertəsi – Şənbə)
Əmək haqqı: Gross 362 AZN+ verilən kreditlərin məbləği və portfel qalığına görə aylıq bonus.
Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
Şirkət tərəfindən nahar.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

- Ali təhsil; (Maliyyə, İqtisadiyyat, Bankçılıq, Menecment və s.);
- Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi; (təcrübə mütləq deyil);
- Əla səviyyədə Azərbaycan dili biliyi, İngilis və Rus dili arzu olunandır;
- MS office proqramlarında ( Word, Excel, Outlook ) yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşüncə, Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

İŞİN TƏSVİRİ:

- Kredit müraciətlərinin qəbulu və analizi;
- Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;
- Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;
- Verilmiş kreditlərin monitorinqinin aparılması;

Maraqlanan namizədlər CV-ni mövzu hissəsində “İstehlak kreditləri üzrə kiçik mütəxəssis” qeyd edərək, IseQebul@embafinans.az email ünvanına göndərə bilər.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox