Öhdəliklər:
- Struktur bölmələrdən daxil olan tələblər əsasında daxili elanların yerləşdirilməsi;
- Əməkdaşların test və müsahibə mərhələlərinə dəvət olunması;
- Müsahibə nəticələri barədə əməkdaşların məlumatlandırılması;
- “Namizəd məlumat bazasının” daima yenilənməsi;
- Daxili vakansiya elanlarının aktuallığına nəzarət edilməsi;
- Əməkdaşların struktur bölmələrdə təcrübə keçmələrinin müvafiq qaydada rəsmiləşdirilməsi;
- Əməkdaşların test imtahanından keçirilməsi üçün mövcud test bazasından istifadə etmək və test bazasının zənginləşdirilməsi üçün yeni test sualları hazırlayaraq testləşdirmə proqramının yaddaşına əlavələrin edilməsi;
- Müxtəlif təcrübə proqramlarının təşkil edilməsi və mütəmadi olaraq namizəd bazası-nın genişləndirilməsinə dəstək olması;
- Universitetlər və təhsil müəssələri ilə əlaqələrin qurulması və genişləndirilməsi istiqamətində işlər və layihələrin həyata keçirilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı aparılan xarici əməkdaşlıq fəaliyyətlərində iştirak edilməsi;
- Əməkdaşların kadr hərəkətinin təşkil və müvafiq qaydada sənədləşməsində iştirak edilməsi;
- Bankdaxili yerdəyişmələr ilə bağlı görüşlərin təşkil edilməsi;
- Bankın struktur bölmələrində əməkdaşların rotasiya və irəliləyiş sənədlərinin hazırlanması;
- İşçi yerləşdirilməsi və koordinasiyası şöbəsinin prosedurundan irəli gələn proseslərin icrası;
Tələblər:
- Ali (bakalavr/magistr) təhsilli olmaq;
- İnsan Resurslarının İdarə edilməsi sahəsində müəyyən biliklərə və minimum 1 illik iş təcrübəsinə malik olmaq;
- Bank fəaliyyəti ilə əlaqədar qanunvericiliyi bilmək;
- Azərbaycan dilini mükəmməl, rus dilini və ingilis dillərini yaxşı səviyyədə bilmək;
- MS Office, Exsel və İnternet resursları ilə işləmə bacarığı olmaq;
- Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
- Ünsiyyətqurma bacarıqları:
- Vahid komandada işləmək qabiliyyəti;
- Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
- Məsuliyyətli, diqqətli olmaq;
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!