Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
-İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
-Daxil olan müraciətləri təhlil etmək, səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
-Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
- Uğurlu namizədlərlə bağlı referansların alınması;
-Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
-İşə qəbul hesabatlarının hazırlanması;
-İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
-Gələcəkdə işə qəbul ehtiyaclarını proqnozlaşdırmaq üçün şöbə müdirləri ilə ehtiyac üzrə planın hazırlanması;
- Əmək yarmarkalarında və karyera tədbirlərində müntəzəm iştirak;
İş qrafiki:
-İş saatları 09:00 – 18:00;
-Nahar ilə təmin edilmə;
-İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
-Şənbə və Bazar istirahət günü;
-İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında) ;
Namizədə tələblər:-Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində) ;
- Yaş: 23-35;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
-Danışıqlar aparma bacarığı, səlis danışıq qabiliyyəti;
-Kollektiv və işçiheyəti ilə işləmə bacarığı;
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!