- İş analizlərini icra etmək;
- İş yükü analizlərini icra etmək;
- Vəzifələr üzrə funksiyaların yenidən tərtib olunmasında iştirak etmək və təkliflər vermək;
- İR metrikaları ilə bağlı məlumatları müxtəlif mənbələrdən toplamaq və emal etmək;
- Emal etdiyi məlumatları statistik, riyazi və biznes yönümlü təhlil etmək, trendləri müəyyən etmək;
- Təhlil etdiyi məlumatları işə qəbul, işçi əldə saxlama, işçi motivasiyası, turnover, involvement, komplayns və s. İR prosesləri baxımından hesabatlara əks etdirmək;
- Təqdimatlar hazırlamaq;
- Əməkdaşların hədəf meyarlarına əsasən qısa və uzunmüddətli hədəflərə çatma faizləri və s. KPI-ların nəticələri ilə bağlı hesabatları tərtib etmək;
- KPI-ların və hədəflərin təyin olunması üçün təhlil nəticələri ilə dəstək vermək;
- Göstəricilərə və təhlillərə əsaslanaraq proseslər, prosedurlar və aktivlikləri inkişaf etdirərək təşkilatın inkişafına töhfə verəcək tövsiyələr vermək;
- İşçi axışını önləmək, əldə saxlamanı təmin etmək, işçi loyallığını, motivasiyasını və effektivliyini artıracaq təhlillərə əsaslanan tövsiyələr vermək;
- Vəzifələrin dərəcələndirilməsi və ya yenidən dəyərləndirilməsi proseslərində iştirak etmək və tövsiyələr vermək;
- Əmək haqqı sistemlərinin tərtibində iştirak etmək və tövsiyələr vermək;
- İnsan Resursları proseslərinin effektivliyini təhlil etmək və tövsiyələr vermək.
İş şərtlərimiz:
- Rəqabətədavamlı əməkhaqqı;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. (21 saylı məktəbin yaxınlığında).
Namizədə tələblər:
- İş və iş yükü analizləri sahəsində;
- Biznesin İR baxımından təhlili sahəsində;
- İR idarəedilməsinin təşkilati inkişaf, fərdi inkişaf, biznes tərəfdaşlığı və s. sahələrində;
- Dərəcələndirmə sistemlərinin tərtibi sahəsində;
- Təşkilati strukturların tərtib olunması layihələrində;
- Vəzifələr və rollar, səlahiyyət və məsuliyyət matrislərinin hazırlanması və s. sahələrdə.
-
Digər istəklərimiz:
- İngilis dili və Rus dili bilikləri - özünü inkişaf etdirmək və təlimlərdə iştirak üçün lazımlıdır;
- Yüksək danışıq və yazışma bacarıqları – vəzifəsini keyfiyyətli icra etmək üçün gərəklidir;
- Analitik düşünmə və problem həlletmə bacarıqları – tapşırıqları təhlil etmək, işləri mükəmməl icra etmək üçün zəruridir;
- MS Excel (yüksək səviyyədə) – datalarla işləmək və hesabatlar hazırlamaq üçün vacibdir;
- MS Visio ilə işləməyi bacarmalı – iş axışı xəritələrinin hazırlanması üçün gərəklidir, minimal istifadəni özümüz də öyrədirik və göstəririk :);
- MS Projects (başlanğıc səviyyə) – işlərini və tapşırıqlarını, layihələrini planlaması üçün lazımdır;
- Zərurət olduğu təqdirdə, ezamiyyətlərə getməyə hazır olmalı – müxtəlif bölgələrdə ofislərimiz olduğu üçün, bəzən zərurət yaranır.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!