iOS üzrə Kiçik Developer

iOS üzrə Kiçik Developer

Unibank ASC
  • Şəhər

    Bakı, Azərbaycan

  • Kateqoriya

    Proqramlaşdırma

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    15 iyul 2026

  • Bitmə tarixi

    15 avqust 2026

Təsvir

  • UBank mobil bankçılıq tətbiqinin yeni funksionallıqlarının dizaynı, hazırlanması və dəstəklənməsi;
  • Modullu (Modular) arxitekturanın qurulması və təkmilləşdirilməsi, kod keyfiyyətinin yüksək səviyyədə saxlanılması;
  • Komanda daxilində code review proseslərinin aparılması;
  • Junior developerlərə texniki dəstəyin göstərilməsi;
  • Tətbiqin performans və stabillik göstəricilərinin (yüklənmə müddəti, crash faizi və s.) izlənilməsi və optimallaşdırılması;
  • Məhsul, dizayn və backend komandaları ilə sıx əməkdaşlıq edərək texniki həllərin müzakirə olunması;
  • Bankçılıq təhlükəsizlik standartlarına uyğun kod yazılmasının təmin edilməsi.


Üstünlüklərimiz:



  • Peşəkar karyera və inkişaf imkanları;
  • Komanda daxilində güclü bilik mübadiləsi;
  • Rahat və müasir iş mühiti;
  • Tibbi sığorta.


Tələblər

  • iOS development sahəsində minimum 2 il iş təcrübəsi;
  • Swift proqramlaşdırma dili üzrə dərin biliklər;
  • UIKit və SwiftUI ilə praktiki iş təcrübəsi;
  • Memarlıq nümunələrini (MVVM, Clean Architecture) bilmək və tətbiq edə bilmək;
  • Multithreading və async/await mövzularında yüksək səviyyəli biliklər;
  • REST API, JSON və network layer qurulması üzrə təcrübə;
  • Git və komanda iş prosesləri (code review, branching strategy və s.) ilə işləmə təcrübəsi;
  • CI/CD alətləri (GitLab CI, Fastlane və s.) ilə iş təcrübəsi üstünlükdür;
  • Unit və UI testlərinin yazılması təcrübəsi;
  • Avtomatlaşdırma alətləri (məsələn, Tuist) ilə tanışlıq üstünlükdür;
  • Analitik düşüncə, problem həll etmə bacarığı və komandada işləmək qabiliyyəti;
  • İngilis dilini texniki sənədləri oxuya biləcək səviyyədə bilmək.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalardan bildiriş al

iOS üzrə Kiçik Developer vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox