- Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün mobil mühəndislik təcrübəsinin gücləndirilməsi;
- Banka dəyər qatacaq Android/iOS platforması üçün yüksək səviyyəli proqramların yaradılması;
- Tələb olunan proqramın visual elementlərini yaratmaq üçün UI/UX dizayn çərçivələrinin koda çevrilməsi;
- Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizaynerlər ilə əməkdaşlıq və hər iki tərəfin işində aktiv iştirak etməklə proqramın iş prinsipinin müəyyən edilməsi;
- Üçüncü tərəflərlə əməkdaşlıq, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə iş, həmçinin sürət, keyfiyyət və stabillik üçün testlərin təşkili;
- Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
- İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
- “Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
- Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla, mühəndislik işlərinin təmin edilməsi;
- Şöbənin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq icrası;
- Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.
Namizədə tələblər:Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr təhsili
İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 1 il
Xarici dillər: İngilis
Komputer bilikləri:
- “Native Android” və ya “Native iOS development”
- “Kotlin” və ya “Swift”
- “RESTful APIs” daxil olmaqla HTTP infrastuktur biliyi
- “Verilənlərin strukturu və alqoritmlər” biliyi
- Məlumatların saxlanılması (keşləmə)
- Asinxron proqramlaşdırma
Digər: İdarəçilik, ünsiyyət və hesabat bacarıqları
Üstünlük verilir:
- Proqram dizayn üsulları
- Reaktiv proqramlaşdırma
- CI/CD
- Parallel proqramlaşdırma
- Firebase, və ya digər analitika alətləri ilə təcrübə
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!