Öhdəliklər:
- Şöbənin işinə rəhbərlik edir və əməkdaşlar arasında iş bölgüsünü aparır
- Şöbəyə aid olan mövcud təlimat və bankdaxili qaydaların səmərəliyini təhlil edir və onların təkmilləşdirilməsi üzrə təkliflər irəli sürür
- Şöbənin işinə aid olan işlər barədə yeni rəy və təkliflər veir
- Şöbənin müvafiq qayda və prosedurlarının hazırlanmasını təşkil edir
- Şöbənin fəaliyyətinə daha effektiv üsulların tətbiq edilməsi üçün tədbirlər görür
- Tabeçiliyində olan işçilərin iş fəaliyyətinə, səmərəliliyinə və əmək funksiyalarının düzgün icrasına nəzarət edir
- Şöbə əməkdaşlarının iş fəaliyyəti ilə bağlı yönləndirməni həyata keçirir və həftəlik-aylıq iş planlarını hazırlayır
- Şöbə daxilində kadr siyasətini həyata keçirir, əməkdaşların seçimi və eləcə də professional hazırlanmasında köməklik göstərir
- Şöbənin fəaliyyəti ilə bağlı həftəlik, aylıq, rüblük və illik hesabatları hazırlayır
- Birbaşa rəhbəri, İdarə Heyətinin sədri(Baş icraçı direktor) tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin, həmçinin komissiyaların qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, struktur bölmənin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili hüquqi aktlardan irəli gələn tapşırıq və sərəncamları “qanunun tələbləri çərçivəsində” icra edir
- Cəlb edilmiş təcrübəçilərə və əməkdaşlara işlərində dəstək göstərir və onlarla birgə fəaliyyət göstərir
Tələblər:
- Azərbaycan dilini mükəmməl, Rus və İngilis dillərini yaxşı bilirsiniz. Sizə müasir canlı dildə ünsiyyət qurmaq maraqlıdır.
- Azərbaycan Respublikasının vətəndaşısınız
- MS Office, Exsel və İnternet resursları ilə işləmə bacarığınız yüksəkdir
- Bankçılıq, korporativ ofislər, qonaqpərvərlik sektoru və ya müştəriyə yönümlü obyektlərin idarə edilməsi üzrə yüksək standartların tələb olunduğu digər sahələrdə ən azı 5 (beş) il iş təcrübəniz var
- Əvvəlki karyeranızda, xüsusilə çoxsaylı obyektləri olan təşkilatlarda təmizlik işçiləri, texniki xidmət personalı və ya oxşar işçilərlə böyük komandalara rəhbərlik etmisiniz
- Təmizlik xidmətləri üzrə təchizatçılar, podratçılar və təchizatçılarla iş təcrübəniz var, müqavilələrin, danışıqların və fəaliyyətlərin qiymətləndirilməsini bacarırsınız
- Təmizlik ləvazimatlarının və avadanlıqlarının alınması, təchizatçı təkliflərinin qiymətləndirilməsi və satınalma siyasətinə riayət edilməsi üzrə təcrübəniz var
- Təmizlik və obyekt standartlarının yüksək səviyyədə olduğu bank sektorunda iş təcrübəsi üstünlük hesab edilə bilər
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!