İnsan Resursları üzrə mütəxəssis

İnsan Resursları üzrə mütəxəssis

Super Toys
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Heyətin idarəolunması

  • Maaş

    500 - 600 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    15 sentyabr 2020

  • Bitmə tarixi

    15 oktyabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. HR / İnsan resursları Mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Şirkətimiz SuperToys.az oyuncaq aləmi olaraq, hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir. Supertoys mağazaları 2017-ci ildən etibarən Azərbaycanda oyuncaq bazarında tək rəsmi diler olaraq fəaliyyət göstərir.

“İnsan Resursları üzrə mütəxəssis”

Vəzifə öhdəlikləri:

- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Əmək kitabçalarında qeydlər aparmaqla iş qeydiyyatını aparmaq;
- Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- Xarici işçilərin müvəqqəti qeydiyyatı üçün sənədlərin toplanması, qeydiyyatı və digər prosedurları (bilet, yerləşmə, icazə alınması və s.) həyata keçirtmək;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;

İş rejimi:

- Həftədə 5 gün
- Əmək haqqı 500 – 600 AZN

Namizədə tələblər:

- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
- Ali təhsil;
- Bu sahədə minimum 2 il iş təcrübəsi;
- E-gov Elektron Hökumət Portalında mükəmməl işləyə bilmək;
- Yalnız xanım namizədlər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini müraciət edilən vəzifə adı “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə, hr@supertoys.az elektron ünvanına göndərə bilərlər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox