İnsan resursları üzrə mütəxəssis

İnsan resursları üzrə mütəxəssis

Baku Electronics LTD
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Heyətin idarəolunması

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    27 aprel 2021

  • Bitmə tarixi

    27 may 2021

Diqqət!

Bu elanın vaxtı bitib. HR / İnsan resursları Mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

İnsan resursları üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
• İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
• Məzuniyyət verilməsinin uçotunu aparmaq, məzuniyyəti qrafiklərini tərtib etmək, məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
• Şöbələrin təqdim etdiyi gündəlik/həftəlik növbətçilik cədvəllərini müvafiq proqrama daxil etmək, giriş çıxış saatlarının müqayisəsini aparmaq, sorğular təqdim etmək və sistemdə yeniləmək;
• Davamiyyət cədvəllərində və iş qrafiklərində edilən dəyişiklikləri müntəzəm olaraq sistemdə yeniləmək;
• İş saatlarının və davamiyyət cədvəllərinin qeydə alınmasına dair hesabatların hazırlanması üçün müvafiq məlumatları daxil etmək və təqdim etmək;
• Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
• İnsan resursları departamentinə aid hesabatların tərtib və təqdim edilməsi.

Namizədə tələblər:

• Ali təhsil

• Yaş həddi: 25-40

• İnsan resursları sahəsində ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı

• Azərbaycan dilini əla səviyyədə bilməli, Rus və İngilis dillərini bilməsi arzuolunandır

• Yüksək ünsiyyət və analitik düşünmə bacarığı

• MS Office proqramlarını və 1C proqramını yüksək səviyyədə bilməli

Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

Vakansiyaya müraciət üçün CV-nizi “İnsan resursları üzrə mütəxəssis” mövzusu ilə hr@bakuelectronics.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox