Vakansiya haqqında
Vəzifə: İnsan Resursları üzrə mütəxəssis
İş yeri: Gəncə şəhəri
İş təcrübəsi: Minimum 1 il
Təhsil: Ali təhsil
Yaş həddi: 22 və ya üzəri
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
- Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İşçilərin tibbi müayinələrinə (vaxtında və tam) nəzarət etmək;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
- E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
- Microsoft Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləmək;
- Ünsiyyət qurma bacarığı;
- Komandada işləmə bacarığı.
- Problemləri həll etmə bacarığı;
- Stresə davamlı.
Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Qanunvericliyin tələb etdiyi formada işəqəbul olunma, şirkət tərəfindən nahar və danışıq limiti ilə təmin olunma.
Müraciət qaydaları:
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını - “ İnsan Resursları üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. Son müraciət tarixi 15.08.2020
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!