İnfrastruktur şöbəsinə kiçik mütəxəssis

İnfrastruktur şöbəsinə kiçik mütəxəssis

Bank Respublika ASC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Texniki avadanlıq mütəxəssisi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    22 noyabr 2020

  • Bitmə tarixi

    20 dekabr 2020

  • E-mail E-poçt göstər

Diqqət!

Bu elanın vaxtı bitib. vakansiyaları üçün bura keçid edin!

Ümumi vəzifə öhdəlikləri:

• ATM və Ödəniş terminallarının mütəmadi profilaktikası və təmiri;
• İnkosassiya prosesində yaranan problemlərin aradan qaldırılması;
• Kasetlərin bir nominaldan başqa nominala dəyişdirilməsi;
• Yeni ATM və ödəniş terminallarının quraşdırılması, proqramlaşdırılması və monitorinqi.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “İnfrastruktur şöbəsi kiçik mütəxəssis” qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər.

Namizədə tələblər:

• Ali təhsil;

• IT sahəsində 1 ildən artıq iş təcrübəsi arzuolunandır;

• Format, tam diaqnostika (Windows7/ 8.1/ 10 nun quraşdırılması və sazlanması üzrə biliklər və iş təcrübəsi) bacarığı;

• Bütün növ proqramların quraşdırılması üzrə biliklər;

• MS Outlook, Word, Excel (2016/2019) üzrə biliklər;

• ATM və ödəniş terminallarının iş prinsipinə dair biliklər;

• ATM və ödəniş terminallarının elektron və mexaniki hissələri barədə biliklər;

• ATM və ödəniş terminallarının fəaliyyət göstərən proqram təminatının sazlanması, baş verən xətaların müəyyən olunması və aradan qaldırılması üzrə biliklər;

• Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili texniki səviyyədə arzuolunandır;

• B kateqoriya sürücülük vəsiqəsi;

• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həlletmə bacarığı;

• Ünsiyyətqurma və komandada işləmək bacarığı.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Elan #840824

  • 1899

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox