İnformasiya Texnologiyaları Təhlükəsizliyinin İdarəolunması Şöbəsinin Aparıcı Mütəxəssisi

İnformasiya Texnologiyaları Təhlükəsizliyinin İdarəolunması Şöbəsinin Aparıcı Mütəxəssisi

Kapital Bank

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. İnformasiya Texnologiyaları Təhlükəsizliyinin İdarəolunması Şöbəsinin Aparıcı Mütəxəssisi vakansiyaları üçün bura daxil olun.

Elan № 16762

İnformasiya Texnologiyaları Təhlükəsizliyinin İdarəolunması Şöbəsinin Aparıcı Mütəxəssisi vakansiyaları

İnformasiya Texnologiyaları Təhlükəsizliyinin İdarəolunması Şöbəsinin Aparıcı Mütəxəssisi vakansiyaları

29 Fevral

Elan tarixi

09 Aprel

Bitmə tarixi

16354

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Tam-ştat

İş rejimi

Texnologiya

Sahə

Digər

Kateqoriya

İş barədə məlumat

Ümumi məlumat

Bank haqqında

Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.

Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.

Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.

Öhdəliklər

  • Bankın şəbəkə infrastrukturunun təhlükəsizliyinin təmin olunması
  • Şəbəkə təhlükəsizliyi avadanlıqlarının və sistemlərinin sazlanması və idarə olunması
  • Şəbəkə təhlükəsziliyinə dair sənədləşmə və sənədlərin yenilənməsi
  • Bankın şəbəkə təhlükəsizliyi avadanlıqlarının və sistemlərinin monitorinqi
  • Bankın şəbəkə təhlükəsizliyi avadanlıqlarında və sistemlərində optimizasiya işlərinin aparılması
  • Bankın şəbəkə infrastrukturunda yaranan boşluqların aradan qaldırılmasının həyata keçirilməsində iştirak etmək
  • Bankın şəbəkə təhlükəsizliyi avadanlıqlarının və sistemlərinin OS versiyalarının vaxtı vaxtında yenilənməsi
  • Gündəlik gələn sorğuların araşdırılması və həlli
  • Yeni qurulacaq sistemlərin implementasiyasında və mövcud sistemlərin miqrasiyasında iştirak etmək

Tələblər

Təhsil Və Biliklər

  • İnformasiya Texnoloqiyaları və ya İnformasiya Təhlükəsizliyi üzrə ali təhsil
  • Şəbəkə inzibatçılığı və ya şəbəkə təhlükəsizliyi üzrə ən azı 2 il iş təcrübəsi
  • Yeni nəsil firewall-larla iş təcrübəsi VPN texnoloqiyaları ilə iş təcrübəsi (IPsec, RA VPN)
  • Routing protokolları ilə iş təcrübəsi (BGP, OSPF)
  • Linux OS quraşdırılması və idarə edilməsi üzrə iş təcrübəsi
  • Bulud sistemləri (AWS, Azure) ilə iş təcrübəsi
  • Devops sistemləri (Ansible, Terraform) ilə iş təcrübəsi arzuolunandır

İşə qəbul prosesi

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı
  • Müsahibə
  • Yekun müsahibə

Bizimlə işləməyin üstünlükləri

  • Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
  • Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
  • Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
  • İş modeli: Hibrid.
  • Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var.
  • Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.

Namizədlər üçün sosial media bağlantıları
Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.

Kapital Bank-da iş mühiti ilə daha yaxından tanış olmaq üçün keçid edin - https://urlgeni.us/linkedin/mblbnnr


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 16762

İnformasiya Texnologiyaları Təhlükəsizliyinin İdarəolunması Şöbəsinin Aparıcı Mütəxəssisi vakansiyaları

İnformasiya Texnologiyaları Təhlükəsizliyinin İdarəolunması Şöbəsinin Aparıcı Mütəxəssisi vakansiyaları

29 Fevral

Elan tarixi

09 Aprel

Bitmə tarixi

16354

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"