Vakansiya haqqında
Təsvir:
- Şəbəkə avadanlıqlarının müntəzəm olaraq monitorinqi
- Şəbəkədə yaranan problemlərin qısa müddətdə analizi və problemin aradan qaldırılması
- Şəbəkədə edilən dəyişikliklərin və problemlərin qeydiyyatının aparılması
- Şəbəkə dayanıqlığının təmin edilməsi və lazımi tədbirlərin görülməsi
- Şəbəkə avadanlıqlarında OS-lərin ən son stabil versiyaya uyğun olaraq yenilənməsi və yoxlanılması
- Şəbəkə avadanlıqlarının müntəzəm olaraq konfiqurasiya backup-larının alınması
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi
- 24/7 mövcudluğu
- Şirkətin İT siyasətinə uyğun olaraq daim özünü inkişaf etdirməlidir
- İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflər hazırlaması
Tələblər:
- Sahə üzrə iş təcrübəsi ən azı 3 il
- İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları üzrə ali təhsil
- CCNA, CCNP Routing and Switching sertifikatlarına sahib olması arzuolunandır
- Cisco istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə
- LAN, WAN və WLAN şəbəkələri və IT infrastrukturunun dizaynı, quraşdırılması və idarə edilməsi, yaranan problemlərin aradan qaldırılması
- Şəbəkə avadanlıqlarının (Cisco FirePower, Router, Switch, Access Point, Wireless Controller və s.) təhlükəsizlik qaydalarına uyğun formada hazırlanması və idarə edilməsi
- Şəbəkə texnologiyaları və protokollar ilə işləmək bacarığının olması (SD-WAN, SDN, SD-Access, Ethernet, Wireless, QoS, STP, EtherChannel, P2P, SIP, HSRP, VRRP, GLBP, IPSec, GRE, IPS/IDS, VPN, TCP/IP, DHCP və s.)
- Static və Dynamic routing protokolları ilə işləmək bacarığı (EIGRP, OSPF, BGP)
- İP telefoniya (VoIP) sisteminin idarə edilməsi və yaranan problemlərin aradan qaldırılması
- VPN texnologiyaları ilə işləmək bacarığı (Site-to-Site, Remote Access, DMVPN)
- Təhlükəsiz şəbəkə girişinin idarə edilməsinin təmin edilməsi üçün ISE (Identity Services Engine) və TACAS, RADIUS kimi protokollar ilə işləmək bacarığı
- L2-L3 şəbəkə təhlükəsizliyinin təmin edilməsi (Port Security, ARP Inspection, DHCP Snooping, Port ACLs (PACLs), VLAN ACLs (VACLs), Standart, Extended ACLs və s.)
- İngilis və rus dilləri üzrə biliklər: ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!