İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Ateshgah Sigorta
  • Şəhər

    Babək

  • Kateqoriya

    İT mütəxəssisi / məsləhətçi

  • Maaş

    400 - 500 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    22 iyul 2021

  • Bitmə tarixi

    21 avqust 2021

Diqqət!

Bu elanın vaxtı bitib. İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Vəzifə öhdəlikləri

• İnformasiya sistemlərinin təhlükəsizlik səviyyəsinin təhlili və hesabatların hazırlanması;
• İnformasiya Təhlükəsizliyi üzrə daxili normativ sənədləri hazırlanması;
• Texniki sənədlərin və sistem jurnallarını təhlili;
• Kommersiya sirri və məxfi məlumatların qorunması üzrə lahiyələrin icrası;
• İnformasiya sistemlərinin monitoringi;
• Çalışdığı bölmənin funksionalı ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirilməsi.

Şəxsi keyfiyyətlər

• Riyazi düşünmə bacarığı;
• Analitik təhlil bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Böyük komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı sınaq müddətində 400 AZN
• Sınaq müddətindən sonra 500 AZN

Namizədə tələblər:

• Yaş həddi : 22-26

• Təhsil: Ali

• İş təcrübəsi:ən azı 1 il İnformasiya Texnologiyaları sahəsi üzrə

• Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı), İngilis dili (yaxşı)

• Microsoft Windows, Linux, Unix, Android, İOS (arzuolunandır)

Məlumatlandırıcı qeydlər

• Diqqət! Xahiş olunur iş elanı ilə diqqətlə tanış olasınız;
• Bilik və bacarıqlarınız vakansiyaya uyğun hesab edirsinizsə özünüz haqda əsas məlumatı qısa video-müsahibə formatında təqdim edin;
• Özünüz haqda məlumatı Word və yaxud PDF formatında hazırlanmasıda məqsədə uyğundur;
• CV formasında əsas məlumatları düzgün və aydın qeyd edin;
• Unutmayın ki, namizədliyinizin baxılmasında özünüz haqda məlumatların düzgün təqdim edilməsi mühüm rol oynayır.
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur;
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin;
• Özünüz haqda məlumatları göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun;
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən recruiting@ateshgah.com mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir. Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalardan bildiriş al

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox