Təsvir:
- Bankın məlumatlarının, sistemlərinin və şəbəkələrinin qorunması üçün təhlükəsizlik tədbirlərinin planlaşdırılması, həyata keçirilməsi, idarə edilməsi, monitorinqi və təkmilləşdirilməsi;
- Sistem və/və ya şəbəkə təhlükəsizliyi müdaxilələrinə cavab verilməsi;
- Uyğun təhlükəsizlik nəzarət mexanizmlərini işə salmaqla bankın məlumatlarının və infrastrukturunun qorunmasını həyata keçirmək;
- Dəyişikliklərin idarə edilməsi prosesində iştirak etmək;
- Şəbəkə və sistemlərdə mövcud olan boşluqların aşakarlanması üçün müvafiq sınaq və yoxlamaların həyata keçirilməsi;
- Gündəlik inzibati tapşırıqların yerinə yetirilməsi, hesabatların hazırlanması və qurumun müvafiq idarələri ilə əlaqə;
- Bankın təhlükəsizlik ehtiyaclarını dəyərləndirmək və buna uyğun ən yaxşı tətbiqetmə və standartların yaradılması.
Tələblər:
- Müvafiq sahədə Ali təhsilin olması;
- UNIX/Linux əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
- Windows əsaslı sistemlərin quraşdırılması, sazlaması və problemlərin aradan qaldırılması sahəsində təcrübə;
- Virtuallaşma və konteyner sahəsində təcrübəsi (VMware, Docker və s.);
- Şəbəkə bilikləri (OSI, TCP/IP, SDN və s.);
- Veb texnologiyaları sahəsində iş təcrübə (veb həllər, veb xidmətlər və s. );
- Skript bacarıqları (bash shell, Python və s.);
- Antivirus, EDR, XDR sahəsində iş təcrübəsi;
- WAF və digər təhlükəsizlik divarı həlləri ilə iş təcrübəsi;
- Autentifikasiya sistemləri, logların idarə edilməsi, məzmunun filtrasiyası sahəsində iş təcrübəsi;
- Verilənlər bazası və əməliyyat sistemlərinin təhlükəsizliyi haqqında ətraflı texniki biliklər;
- Ən son təhlükəsizlik prinsiplərini, texnikalarını və protokollarını hərtərəfli başa düşmək;
- Problem həll etmə və təzyiq altında işləmək bacarığı.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!