Vakansiya haqqında
Birbanka məxsus olan kompüter sistemlərinin təhlükəsizliyini təmin etmək üçün CI/CD-nin mərhələlərində təhlükəsizliyi təmin edəcək, tətbiqin mənbə kodunun təhlükəsizlik təhlilini aparacaq, nüfuzetmə testlərini həyata keçirəcək namizəd axtarırıq.
- Təhsil: İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Riyaziyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsinə sahib olmaq;
- Kibertəhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi;
- Komandada işləmə bacarığı;
- İstənilən Linux ƏS paylanması ilə əsas təcrübəyə malik olmaq;
- Virtuallaşdırma texnologiyaları ilə əsas təcrübəyə malik olmaq;
- Lisenziya/Sertifikat: OSCP, OSWE, CEH üstünlüyünüzdür;
- Xarici dil: ingilis dilini orta səviyyədə bilmək;
- Məhsul biliyi: Kali OS, Burp Suite, WireShark, Metasploit üstünlüyünüzdür.
· İnkişaf imkanları
· Rəqabətli əmək haqqı və bonuslar
· Yüksək təminatlı sığorta
· Dəstəkləyici mühit
· Visa Premium əmək haqqı kartı
· Korporativ endirimlər
· Korporativ tədbirlər
· Əlavə məzuniyyət
· Güzəştli təhsil və işçi krediti
- Kibertəhlükələrin və zəifliklərin müəyyənləşdirilməsi;
- Təhlükəsizlik zəifliklərinin aşkarlanması üçün avtomatlaşdırılmış və əl üsulu testlərin aparılması;
- Veb və mobil tətbiqlər üçün nüfuzetmə testlərinin (penetration testing) aparılması;
- API təhlükəsizliyinin və mobil tətbiqlərin arxitekturasının yoxlanılması;
- WAF, IDS/IPS sistemlərinin yan keçilməsi üçün metodologiyaların tətbiqi edilməsi;
- Təhlükəsizlik tədbirlərinin inkişaf etdirilməsi üçün şirkət daxili komandalara dəstək verilməsi;
- Yeni təhlükəsizlik trend və texnikalarının araşdırılaraq tətbiq edilməsi.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!