İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Kontakt Home
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İctimaiyyətlə əlaqələr (PR)

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    09 iyul 2020

  • Bitmə tarixi

    08 avqust 2020

  • E-mail E-poçt göstər

Diqqət!

Bu elanın vaxtı bitib. İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis (PR) vakansiyaları üçün bura keçid edin!

• Şirkətin fəaliyyəti və məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlərin, məqalələrin yazılması və tərcümə edilməsi (azərbaycan, rus dillərinə);

• PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;

• KİV-də və sosial mediada şirkət barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;

• Bazarda tanıtım məqsədi ilə şəbəkə məhsullarının və yerinə yetirilən xidmətlərin reklamı üçün ideyalar təklif etmək;

• Şirkət brendinin və təqdim etdiyi məhsulların tanıdılması ilə bağlı müxtəlif PR aksiya və kampaniyaların təşkilində iştirak;

• Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsində iştirak;

• Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;

• Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq sosial layihələrin icrası;

• Korporativ tədbirlərin təşkilində iştirak.

İş barədə məlumat

- İş qrafiki: I-V günlər, 09:00-18:00
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Rəqabətqabiliyyətli əmək haqqı

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” qeyd edərək hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Namizədə tələblər:

Zəruri tələblər:

• İctimaiyyətlə Əlaqələr və ya jurnalistika sahəsində 1 ildən az olmayan iş təcrübəsi;
• Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
• Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;
• Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan və rus dillərində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı;
• Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
• Kollektivdə çalışmaq qabiliyyəti.

Arzuolunan tələblər:

• Müvafiq sahədə ali təhsil üstünlükdür;
• İngilis dili əlavə üstünlükdür;
• Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox