Hüquqşünas

Hüquqşünas

immigration.az
  • Şəhər

    Bakı, Nərimanov rayonu, Həsənoğlu 2, mənzil 2

  • Kateqoriya

    Hüquqşünas

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    25 avqust 2025

  • Bitmə tarixi

    25 sentyabr 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Hüquqşünas vakansiyaları üçün bura keçid edin!

Şirkətimiz 10 ilə yaxın müddətdir ki, əcnəbi vətəndaşlar üçün Azərbaycan Respublikasında qanunauyğun formada yaşama, biznes, təhsil və s. sahələrdə hüquqi və digər lazımi xidmətlərin göstərilməsini peşəkar səviyyədə həyata keçirməkdədir.
İşçinin əmək funksiyası:
1.    Hüquqi sənədlərin (müqavilələr və digər sənədlərin) azərbaycan və ingilis dilində tərtib edilməsi;
2.    Dövlət orqanlarına ərizə, şikayət məktub, arayışların hazırlanması və göndərilməsi;
3.    İcraatda olan işlərlə bağlı müvafiq dövlət və məhkəmə orqanlarına müraciətlərin hazırlanması, həmin orqanlara təqdim etmək məqsədilə materialların tərtib edilməsi və şirkətin təmsil edilməsi;
4.    Birbaşa rəhbər tərəfindən veriləcək digər tapşırıqların icra edilməsi;

Tələblər:
1.    Yaş həddi: 20-25;
2.    “Hüquqşünaslıq” ixtisası üzrə ali təhsil;
3.    Hər hansısa təcrübə tələb olunmur, namizəd uğurla seçildiyi təqdirdə hər şey qanuni formada öyrədiləcək;
4.    Dil bilikləri: Azərbaycan dili-mükəmməl, İngilis dili-əla, digər xarici dillər bilmək üstünlükdür;
5.    Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
6.    Daim öyrənmək həvəsi, özünü inkişaf etdirmək;
7.    MS OFFİCE proqramlarını yüksək səviyyədə bilmək;
8.    Səlist danışıq, dinləmə, operativlik və detallara diqqətlə yanaşmaq bacarığının olması;

İş şəraiti: 
1.    İş qrafiki həftədə 5 (beş) gün (saat 10:00-18:00);
2.    Əməkhaqqı müsahibə zamanı namizədin bilik və təcrübəsinə əsasən təyin olunacaqdır;
3.    Tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsində“Hüquqşünas” qeyd etməklə mehmanesedli@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #4715255

  • 2228

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox