HR / İnsan resursları Mütəxəssisi

HR / İnsan resursları Mütəxəssisi

Balique
  • Şəhər

    Bakı, Əhməd Cavad 1

  • Kateqoriya

    İnsan resursları

  • Maaş

    800 - 1000 AZN

    Bonuslar
  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    17 sentyabr 2025

  • Bitmə tarixi

    17 oktyabr 2025

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

HR üzrə mütəxəssis tələb olunur

Şirkətimiz peşəkar komandamıza qoşulmaq üçün minimum 3 il təcrübəsi olan HR mütəxəssisi axtarır.

Vəzifə öhdəlikləri:

  • Əmək müqavilələrinə müvafiq dəyişikliklərin edilməsi;

  • Tam maddi məsuliyyət haqqında müqavilələrin bağlanılması;

  • Vəzifə təlimatlarının və müxtəlif əmrlərin (işə qəbul, dəyişiklik, işdən azad, mükafat və s.) hazırlanması;

  • ƏMAS sistemində məlumatların daxil edilməsi və düzəlişlərin aparılması;

  • İşçilərin icbari sığortası üzrə tədbirlərin görülməsi;

  • Məzuniyyət qalıqlarının və məzuniyyət qrafiklərinin hazırlanması;

  • Kadr sənədləşməsinin əmək qanunvericiliyinə uyğun aparılması və müvafiq analizlərin həyata keçirilməsi;

  • Sorğuların müvafiq qurumlara göndərilməsi;

  • Staj və iş vaxtı uçotu cədvəllərinin tərtib edilməsi;

  • Əmək haqqı cədvəllərinə uyğun hesabatların hazırlanması və uyğunsuzluqların aradan qaldırılması;

  • Proqram bazasına məlumatların daxil edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;

  • HR sahəsində minimum 3 il iş təcrübəsi;

  • Əmək qanunvericiliyi üzrə dərin biliklər;

  • Elektron kadr uçotu sistemlərində (ƏMAS və s.) işləmə bacarığı;

  • Sənədləşmə və yazışma bacarığı;

  • Analitik düşüncə və məsuliyyətlilik;

  • Komandada və müstəqil işləmə bacarığı.

Şirkət təklif edir:

  • Rəsmi əmək müqaviləsi;

  • Peşəkar inkişaf imkanı;

  • Rahat iş mühiti.

📩 Müraciət üçün CV-nizi careers@balique.az ünvanına göndərməyiniz xahiş olunur.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox