Həyat sığortası idarəsinin mütəxəssisi

Həyat sığortası idarəsinin mütəxəssisi

Atəşgah Sığorta
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İnzibati

  • Maaş

    500 AZN

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    03 dekabr 2020

  • Bitmə tarixi

    02 yanvar 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Həyat sığortası mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

  • Potensial müştərilərin axtarışını həyata keçirmək
  • Potensial müştərilər bazasını tərtib etmək
  • Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq sığorta proqramlarının təşkil edilməsinə dair məsləhətlər vermək
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
  • Zəruri hallarda lazım olan sənədləri azərbaycan, ingilis və ya rus dillərinə tərcümə etmək
  • Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
  • Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək

İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır.
  • İş vaxtı 09:00 - 17:30
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir).
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir.
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
  • Sabit əmək haqqı sınaq müddətində 500 AZN.
  • Sınaq müddətindən sonra 600 AZN.

Namizədə tələblər:

Yaş: 22-32

Təhsil: Ali

İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir

Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)

Şəxsi keyfiyyətlər

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Məlumatlandırıcı qeydlər

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən
  • xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə
  • ehtiyac yoxdur
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə
  • tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) recruiting@ateshgah.com-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Həyat sığortası idarəsinin mütəxəssisi" qeyd etmələri xahiş olunur.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox