Vakansiya haqqında
Təsvir
- Heydər Əliyev Beynəlxalq Aeroportunda (HƏBA) Uçuşların təhlükəsizliyi siyasətinin təşviq edilməsini təmin etmək;
- HƏBA-da Uçuşların təhlükəsizliyi idarəetmə sisteminin (UTİS) fəaliyyəti ilə əlaqədar məsuliyyət və hesabatlılıq tələblərinə riayət olunmasını təmin etmək;
- Fövqəladə hallar zamanı planlaşdırılmış tədbirlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə nəzarət etmək;
- UTİS-in fəaliyyəti ilə əlaqədar sənədləşdirmə tələblərinə riayət olunmasını təmin etmək;
- Təhlükə faktorlarını müəyyən etmək;
- Uçuşların təhlükəsizliyinə təsir edən risk faktorlarını qiymətləndirmək və risklərin azaldılması üzrə tədbirlər planının hazırlanmasını təşkil etmək;
- Uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə effektivlik göstəricilərinin ölçülməsini və monitorinqini həyata keçirmək;
- Dəyişikliklərin idarə edilməsi prosesini hazırlamaq və onun icrasına nəzarət etmək;
- UTİS-in davamlı təkmilləşdirilməsini təmin etmək;
- UTİS mədəniyyətinin təşkilatda gücləndirilməsi məqsədilə təlimlər keçirmək;
- UTİS-in fəaliyyəti, tətbiqi və icrası ilə bağlı aidiyyəti normativ-hüquqi sənədlərin, ICAO standartlarının və tələblərinin icrasını təmin etmək.
Tələblər
- Təhsil: Bakalavr;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili (arzuolunandır), Rus dili (arzuolunandır);
- Minimum 1 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office;
- Ünsiyyət bacarıqları (yazılı, şifahi);
- Danışıqların aparılması bacarığı;
- Qərar vermə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Təqdimat bacarığı;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı.
İş yeri:
- Heydər Əliyev Beynəlxalq Aeroportu
İş rejimi:
- 5 günlük qrafik 09:00-18:00
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!