Vakansiya haqqında
Frontend developer
Vəzifələr:
• Bankın layihələrində frontend proqramçı qismində fəaliyyət göstərmək;
• Tərtib olunmuş veb servislər əsasında front həllin təmin olunması;
• Web səhifələrin dizayn hissəsinin və formatının təyin olunması;
• Məhsulun tərtibi üzrə təyin olunmuş komandada proqramçı və biznes analitiklərlə birgə işləmək;
• Kodların düzgün və strukturlaşmış formada tərtibatı;
• Layihə və texniki sənədlərin hazırlanmasında iştirak;
• Agile komandaları ilə iş: təkmilləşmələr, proseslərin birgə aparılması;
• Texniki ali təhsil;
• Frontend proqramlaşdırma dilləri üzrə iş təcrübəsi: Javascript, HTML5, CSS3 və Jquery;
• Minimum 2 il Angular, React, Vue və ya Nuxt.js-də iş təcrübəsi;
• XML, JSON texnologiyalarından praktiki istifadə təcrübəsi;
• RESTful, SOAP əsaslı veb servislərin xüsusiyyətləri ilə tanışlıq;
• Git versiyalara nəzarət sistemindən istifadə təcrübəsi;
• Agile metodologiyalar ailəsi ilə tanışlıq;
• Mürəkkəb proqram təminatlarının işlənib hazırlanması prosesi ilə tanışlıq;
• Texniki sənədləri oxumaq üçün kifayət səviyyədə ingilis dilini bilmək;
• Proqramlaşdırma komandasında iş təcrübəsi;
• Detallara diqqət, məsuliyyətlilik, tapşırıqları sona çatdırmaq qabiliyyəti, müstəqil və komandada işləmə bacarığı;
Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!