P

Front-end (Vue) üzrə Proqram Təminatçısı

Prosper MMC

Vaxtı bitmiş

2500 - 5000 AZN

Diqqət! Bu elanın vaxtı bitib. Front-end (Vue) üzrə Proqram Təminatçısı vakansiyaları üçün bura daxil olun.

Elan № 8043

Front-end (Vue) üzrə Proqram Təminatçısı vakansiyaları

Front-end (Vue) üzrə Proqram Təminatçısı vakansiyaları

10 Mart 2022

Elan tarixi

09 Aprel 2022

Bitmə tarixi

3814

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

5 ildən yüksək

İş stajı

2500 - 5000 AZN

Əmək haqqı AZN

Freelance

İş rejimi

Texnologiya

Sahə

Proqramlaşdırma

Kateqoriya

İş barədə məlumat

Şirkət haqqında:

10 ildən çox fəaliyyət göstərən və bir çox yerli və beynəlxalq layihələr üzrə müxtəlif veb proyektləri icra edən Prosper MMC-nin Proqram Təminatı komandası Vue.js üzrə ixtisaslaşmış təcrübəli və bacarıqlı Front-end üzrə Proqram Təminatçısı axtarışındadır. Bir Vue.js tərtibatçısı kimi tapşırıqları uğurla icra etmək üçün siz JavaScript və vue.js konsepsiyaları haqqında dərin biliyə, mükəmməl front-end kodlaşdırma bacarıqlarına və mütərəqqi veb proqramlarını yaxşı başa düşməlisiniz. Belə ki, axtarılan yüksək səviyyəli vue.js proqram tərtibatçısı tətbiqin performansını artırmaq üçün müasir istifadəçi interfeysi komponentlərini layihələndirməyi və qurmağı bacarmalıdır. Vakant onlayn, oflayn və ya hibrid əsaslarla çalışa bilər, layihənin tələblərinə əsasən tərtib olunmuş vaxta işləri təhvil vermək, hesabatlılıq və düzgün kommunkasiyadır.

Təsvir:

  • İstifadəçi interfeysi ideyalarını və tətbiqlərini müzakirə etmək üçün proqram tərtibatçısı komandası ilə daimi görüşlər, müzakirələr və iclaslarda iştirak;
  • Tətbiq tələblərinin, texniki tapşırığın, protatipin və interfeys dizaynlarının nəzərdən keçirilməsi;
  • Veb əsaslı istifadəçi qarşılıqlı əlaqələrinin (user interaction) müəyyən edilməsi və başa düşülməsi;
  • Vue.js (Nuxt) əsaslı konsepsiyalardan istifadə edərək istifadəçi interfeysi komponentlərinin hazırlanması və həyata keçirilməsi;
  • Modulların hazırlanması və ya hazır modullara texniki dəstəyin göstərilməsi;
  • Kompüter əməliyyat prosesində diaqram və axın qrafiklərini inkişaf etdirmək;
  • Proqramlaşdırma tətbiqlərini inkişaf etdirmək, sınaqdan keçirib və analiz etmək;
  • Proqram səhvlərini təhlil edib ,düzəldib və dəqiq vəziyyət hesabatlarını vaxtında təqdim etmək;
  • Tətbiqin texniki xidmətini dəstəkləmək üçün texniki sənədlər hazırlamaq;
  • Proqram təminatçılarına və analitiklərə yeni proqramları konseptləşdirmək və inkişaf etdirmək üçün dəstək vermək;
  • İnterfeys proqram təminatı ilə bağlı problemlərin aradan qaldırılması və proqram kodlarının sazlanması;
  • İstifadəçi interfeysi konsepsiyalarını dəstəkləmək üçün veb front-end arxitekturasının hazırlanması və icrası;
  • Front-end performansının monitorinqi və təkmilləşdirilməsi;
  • Bütün hazırlanan tətbiqlərin, dizaynların mobil və digər cihazlara adaptasiyası (mobile responsive) ;
  • Tətbiq dəyişikliklərinin sənədləşdirilməsi və yeniləmələrin hazırlanması;
  • Müəssisə dizayn nümunələrinin və ən yaxşı təcrübələrin başa düşülməsi;
  • Problem həll etmə bacarıqlarını tətbiq etməklə proqramlaşdırma məsələlərini həll etmək.
  • Əməkhaqqı: 2500-5000 AZN (vakantın təcrübəsinə əsasən)

NamİZƏDƏ TƏLƏBLƏR

    • Təhsil: Ali Kompüter elmləri yaxud əlaqəli sahə üzrə ali təhsil;
    • İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il professional təcrübə və minimum 2 veb tətbiqin hazırlanması üzrə professional təcrübə;
    • Dil bilikləri: Azərbaycan dili (Əla), Ingilis dili (Yaxşı) Rus dili (arzuolunandır);
    • Vue.js (Nuxt) kimi bir və ya daha çox müvafiq “front-end” “framework”-ləri üzrə dərin təcrübə;
    • Brauzer API-ləri və qabaqcıl performansın optimallaşdırılması üzrə minimum 5 illik təcrübə;
    • API qoşulması (front-end tərəfdə məntiqi asanlaşdırmaq üçün hazırlanacaqdır, əsas hesablamalar back-end-də ediləcəkdir);
    • Front-end performansı optimizasiya etmək;
    • ASAN login inteqrasiyası (öncəki layihələr istifadə olunan hazır həllər proqram tərtibatçısına ötürülə bilər);
    • Unit testlərin yazılması (Cİ pipeline olacaqdır, bu səbəbdən nəzərə alınmalıdır);
    • Sənədləşmə (Documentation) (“high level” arxitekt diaqramı və feature-lər haqda məlumat);
    • “QA” və “Real user” testləri zamanı ortaya çıxan problemlərin həll olunması.
    • Müştəri və istifadəçi rəylərinə əsasən operativ düzəlişlərin icrası, təklif və protatiplərin hazırlası və tənzimləmə bacarığı;
    • Qısa zamanda problemlərin həlli və problemlərin aradan qaldırılması bacarıqları;
    • Proqram təminatı komandası, layihə rəhbəri və layihə üzrə digər komanda üzvləri ilə sıx ünsiyyət, hesabatlılıq və kommunikasiya bacarıqları;
    • CV-nizi və Portfolionuzu Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır. Diqqət edin ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@prosper.az elektron poçt ünvanına göndərmələri və imeylin mövzu hissəsində mütləq “Front-end (Vue) Proqram Təminatçısı” qeyd etmələri xahiş olunur.


                                Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

                                Elan № 8043

                                Front-end (Vue) üzrə Proqram Təminatçısı vakansiyaları

                                Front-end (Vue) üzrə Proqram Təminatçısı vakansiyaları

                                10 Mart 2022

                                Elan tarixi

                                09 Aprel 2022

                                Bitmə tarixi

                                3814

                                Baxılıb

                                Укажите причину жалобы на вакансию "Курьер"