Vaxtı bitib

Front-end proqramlaşdırma üzrə Mütəxəssis

27 oktyabr 2025 1 780 baxış

  • Maaş Razılaşma ilə
  • Bitmə tarixi 27 noyabr 2025
  • Ünvan Bakı, Azərbaycan
Diqqət!

Bu elanın vaxtı bitib. Front-end Developer vakansiyaları üçün bura keçid edin!

İşəgötürənlər üçün

Front-end Developer üzrə əməkdaş axtarırsınız?

Hazırda 378 aktiv namizəd Front-end Developer vəzifəsi üzrə iş axtarır

Oxşar vakansiya yarat

Vakansiya haqqında

Təsvir

İşiniz nədən ibarətdir?


  • Rəqəmsal məhsulların yaradılması üzrə front-end proqram çərçivələrindən istifadə etməklə keyfiyyətli, dayanıqlı, təhlükəsiz proqram təminatları hazırlamaq;
  • Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizaynerlər və back end proqramçılar ilə çalışmaq, hər iki tərəfin işində aktiv iştirak etmək və proqramın necə işlədiyi və görsəndiyini müəyyən etmək;
  • UX/UI tələblərinə uyğun olaraq istifadəyə rahat, böyüyə bilən, səhvə davamlı proqramlar yaratmaq;
  • CI/CD prosesində yaxından iştirak etmək, optimallaşdırma üzrə təkliflər irəli sürmək;
  • Dəqiqlik və funksionallıq üçün kodu nəzərdən keçirmək;
  • İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllər hazırlamaq;
  • Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək;
  • Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri daxil mühəndislik işlərini təmin etmək;
  • Şöbəsinin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedurlara, məxfilik siyasətinə və dövlət qanunvericiliyinə uyğun olaraq həyata keçirmək;
  • Biznes tapşırıqları ilə yanaşı ümumi front end tapşırıqlarının icrasına dərin tövhə qatmaq (QA, Tech debt və Activity);
  • Kiçik mütəxəssis 1 və 2 pozisiyasında olan həmkarlara birbaşa mentorluq etmək, onların kodunu nəzərdən keçirmək və bütün yönlərdə dəstək olmaq;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

Sizdən nə tələb olunur?


  • Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr dərəcəsi
  • Tələb olunan iş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 3 il təcrübə
  • Xarici dillər: İngilis(yaxşı)
  • Komputer bilikləri: HTML, CSS, Javascript üzrə mükəmməl biliklər. React üstünlük olmaqla hər hansı front-end library / framework biliyi, Typescript üzrə mükəmməl biliyin olması. İstifadəçi təcrübəsi (user experience) və dizayn, prinsip və standartları haqqında biliklər. Verilənlərin strukturu və alqoritm biliyi. Maksimal əhatəli unit və inteqrasiya testlərini tərtib etmək. CI/CD təcrübəsi olması. Kodlaşdırma standartları və təcrübələrini dərindən bilmək.Mikro front-end arxitekturası üzrə yaxşı biliklər. Bu sahədə yaranan problemlərin operativ həll yolunun tapılması. Testlər üzrə biliklər. (unit, integration, e2e)
  • Məhsul üzrə biliklər: JIRA və ya hər hansı digər tapşırıq idarəetmə vasitəsi. Versiya nəzarət sistemi biliyi (git) 
  • Başqa tələblər: Yaxşı idarəçilik, ünsiyyət və hesabat biliyi.
  • Üstünlük verilir: Bankçılıq təcrübəsi. Kodun yenidən işlənməsi, dizayn yönümlü kodlaşdırma, domain yönümlü dizayn (DDD), proqram təhlükəsizliyi. Cüt proqramlaşdırma, testlər üzrə bilik.


Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Gələcək Front-end proqramlaşdırma üzrə Mütəxəssis vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

17

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ