Françayzinq-Mühasibatlıq Bölmə Müdiri

Françayzinq-Mühasibatlıq Bölmə Müdiri

Araz Supermarket
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Mühasibat

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    05 aprel 2021

  • Bitmə tarixi

    05 may 2021

  • E-mail E-poçt göstər

Diqqət!

Bu elanın vaxtı bitib. Mühasib vakansiyaları üçün bura keçid edin!

Araz Supermarketlər şəbəkəsi Françayzinq-Mühasibatlıq Bölmə Müdiri vakansiyası üzrə işə qəbul elan edir!

Vəzifə öhdəlikləri :

- Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
- Gəlir, ƏDV, Mənfəət, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Mühasibat uçotuna nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
- Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin uçotunu təşkil etmək
- Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət
- Kreditor və debitorlar ilə hesablaşmaların aparılması

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki.
- Servis xidməti;

Namizədə tələblər:

- Ali təhsil (Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə);

- Vergi uçotu sahəsində 5 ildən artıq iş təcrübəsi;

- Vergi, Əmək məcəlləsini və Normativ hüquqi aktları bilməli;

- Yüksək səviyyədə MS Excel bilikləri;

- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;

- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Françayzinq-Mühasibatlıq Bölmə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Ziba.Xudiyeva@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Elan #841959

  • 1603

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox