Vakansiya haqqında
Energetika mühəndisi
Əlavə məlumatlar:
- Əmək haqqı : Müsahibə əsasında təyin edilir;
- Müəssisə tərəfindən naharla təmin edilmə;
- İş vaxtı: 6 günlük iş qrafiki ;
- İş yeri: Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşir.
Tələblər :
- Müvafiq sahədə 5 il iş təcrübəsi;
- Ali təhsil (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr);
- Rus və İngilis dili biliyi;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Vəzifə öhdəlikləri :
- Elektrik avadanlıqlarının, elektrik dolablarının və sistemlərinin quraşdırılması, texniki baxışı və təmiri ;
- Elektrik şəbəkəsinin fasiləsiz işləməsini təmin etmək və nasazlıqları aradan qaldırmaq;
- Müəssisədə olan elektrik avadanlıqlarının təhlükəsiz istismar qaydalarına uyğun istifadəsini təmin etmək, yaranan problemləri aradan qaldırmaq;
- Avadanlıqların dövri baxışını həyata keçirmək və profilaktik tədbirlər görmək;
- Əməyin mühafizəsi,təhlükəsizlik texnikası,istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına əməl etmək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Energetika mühəndisi” yazaraq hr@saloglu.com email ünvanına göndərmələri və ya 051 270 32 85 mobil nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!