Əməliyyat və Ofis Asisenti

Əməliyyat və Ofis Asisenti

Mecha
  • Şəhər

    Bakı, Xətai rayonu, Xocalı pr, 1181 ci məhəllə

  • Kateqoriya

    Katibə / Resepşn

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Orta

  • Yerləşmə tarixi

    19 noyabr 2025

  • Bitmə tarixi

    30 dekabr 2025

  • Telefon Nömrə göstər
  • E-mail E-poçt göstər

Mecha.az kənd təsərrüfatı, sənaye və logistika üçün rəqəmsallaşdırma və texnologiya həlləri hazırlayan şirkətdir. Gündəlik işləri idarə edəcək, sənədləşmə, logistika, sadə mühasibat, sosial media və süni intellekt alətləri ilə işləməyə hazır olan Əməliyyat və Ofis Asisenti axtarırıq. Vəzifə çoxşaxəlidir, öyrəndikcə və daha çox rol götürdükcə maaş da artır.

 

Vəzifə öhdəlikləri

 

  • Gündəlik tapşırıqları rəhbərdən alıb vaxtında icra etmək

  • Sənədlərin, müqavilələrin, qəbzlərin yığılması və Google Sheets cədvəllərinə işlənməsi

  • Xərclərin sadə cədvəllə izlənməsi

  • Onlayn sifarişlər, kuryer, poçt və mağaza alışlarını idarə etmək

  • Ofisin səliqə və təchizatına nəzarət

  • Mecha.az üçün sadə sosial media post və storilər hazırlamaq (Canva ilə)

  • Mesajlara və sorğulara nəzakətli cavab vermək

  • Süni intellekt alətləri, məsələn ChatGPT və digər AI alətləri ilə mətn, plan və hesabat hazırlanmasına kömək etmək

 

Tələblər

 

  • Yüksək məsuliyyət və təşkilatçılıq

  • Azərbaycan dilində səlis yazı və danışıq

  • İngilis dilində ən azı baza səviyyəsində oxuma və yazma

  • Google Sheets, Google Drive, Notion və digər ofis proqramları, e-mail və messencerlərlə rahat işləmək

  • Canva və ya oxşar proqramda sadə vizuallar hazırlaya bilmək

  • AI alətlərinə maraq, tez öyrənmək həvəsi

  • Bəzən çöl işlərinə çıxmağa hazır olmaq

  • Gecikməyən, tapşırıqları unutmayan, nəticəyə fokuslanan xarakter

 

Təklif edirik

 

  • Başlanğıc maaş 600 - 1000 AZN, təcrübə və götürdüyün məsuliyyətə uyğun

  • Məsuliyyət artdıqca maaş və bonusların artırılması imkanı

  • Startup mühiti və birbaşa rəhbərlə işləmək

  • Mühasibat, əməliyyat, logistika, texnologiya və süni intellekt sahəsində inkişaf imkanı

  • Bakı şəhərində Mecha.az HQ ofisində iş yeri

 

Müraciət qaydası

CV-ni və varsa sosial media iş nümunələrini göndər. Qısa olaraq yaz:

  • Niyə bu vəzifəni istəyirsən

  • Hansı süni intellekt alətlərindən istifadə etmisən

 

Yalnız ciddi və məsuliyyətli namizədlərlə əlaqə saxlanılacaq.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Müraciət üçün e-poçt daxil et

Sual ver

İstədiyiniz suala klikləyərək vakansiya sahibinə ünvanlaya bilərsiniz.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox