P

Elektrik mühəndisi

Picartery

Vaxtı bitmiş

1500 AZN

Diqqət! Bu elanın vaxtı bitib. Elektrik mühəndisi vakansiyaları üçün bura daxil olun.

Elan № 15794

Elektrik mühəndisi vakansiyaları

Elektrik mühəndisi vakansiyaları

27 Noyabr 2023

Elan tarixi

27 Dekabr 2023

Bitmə tarixi

13393

Baxılıb

İş məlumatları

Sumqayıt

Şəhər

3 ildən 5 ilə qədər

İş stajı

1500 AZN

Əmək haqqı AZN

Tam-ştat

İş rejimi

Müxtəlif

Sahə

Mühəndis

Kateqoriya

İş barədə məlumat

İş şəraiti

  • Həftə içi 5 gün saat 09:00-dan 18:00-dək
  • Nahar şirkət tərəfindən verilir
  • Memar Əcəmi-dən servis xidməti mövcuddur
  • Sənədləşmə, Əmək məzuniyyəti və s. prosedurlar Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

İş barədə məlumat

  • Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
  • Transformator, elektron avadanlıqların texniki xidməti;
  • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
  • Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
  • Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
  • Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
  • Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək,
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,

Tələblər:

  • Azərbaycan, rus, ingilis dillərini bilmək vacibdir.
  • Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr)
  • Müvafiq ixtisas üzrə minimum 5 il iş təcrübəsi
  • Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması
  • Komputerdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması
  • Konstruktor sənədlərinin tərtib olunması barədə standartların tələblərini bilməsi
  • Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması
  • Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı
  • Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması
  • Normativ və Texniki sənədlərlə işləmək bacarığı
  • MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti;
  • Ezamiyyə imkanları;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması;
  • Fəal olması və komandada işləmək bacarığı.

Qeydlər: 

  • CV-yə bir ədəd şəkil əlavə olunmalıdır.
  • Vəzifəyə aidiyyəti olmayan şəxslər qeydə alınmayacaq
  • Müraciət etdiyiniz vəzifəni mövzu yerində “Elektrik mühəndisi” yazaraq picarteryhr@gmail.com ünvanına göndərə bilərsiniz.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!


Daha çox Mühəndis vakansiyaları isbu.az-da - Axtardığın işbu!

Elan № 15794

Elektrik mühəndisi vakansiyaları

Elektrik mühəndisi vakansiyaları

27 Noyabr 2023

Elan tarixi

27 Dekabr 2023

Bitmə tarixi

13393

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"