Vakansiya haqqında
- Müştərilərə məhsulun seçimində köməklik göstərilməsi
- Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi
- Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi
- Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi
- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi
- Sifarişin dəqiq və vaxtında yerinə yetirilməsi
İş şəraiti:
- İş qrafiki: 3 növbə(09:00-dan 16:00-dək; 16:00-dan 23:00-dək; gecə növbəsi)
- Əmək haqqı: 300-350 AZN, əlavə olaraq satışdan bonus
Üstünlüklərimiz:
- İşçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyata alınır
- Şirkətdə karyera yüksəlişi və müxtəlif perspektivlər mövcuddur
- Şirkət daxilində farmokoloji biliklərin inkişafı məqsədilə təlimlər və xidmət texnikalarının yüksəldilməsi üçün treninqlər keçirilir
- Tələbələrə təcrübə imkanları yaradılır
- Tibb təhsili (Ali və ya orta ixtisas)
- Müvafiq sahədə iş təcrübəsi üstünlükdür (Tələbələrə təcrübə imkanları yaradılır)
- Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzu olunandır
- Ms Office proqramlarını bilməsi arzu olunandır
Şəxsi keyfiyyətlər:
- Yüksək səviyyədə kommunikasiya bacarığı
- Stres altında işləmək bacarığı
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Əczaçı” qeyd edərək CV formasını cv@azerimed.com elektron ünvanına göndərməyiniz xahiş olunur.
Mənbə: jobsearch.az
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!