Daxili Nəzarət və Frod Hallarının Araşdırılması şöbəsinin Aparıcı / Baş mütəxəssisi- Daxili Nəzarət Departamenti

Daxili Nəzarət və Frod Hallarının Araşdırılması şöbəsinin Aparıcı / Baş mütəxəssisi- Daxili Nəzarət Departamenti

ATB Bank
  • Şəhər

    Bakı, Azərbaycan

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • Yerləşmə tarixi

    24 sentyabr 2026

  • Bitmə tarixi

    15 oktyabr 2026

Təsvir

  • Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə fraud risklərinin aşkarlanması, araşdırılması və qarşısının alınması üçün nəzarət və erkən xəbərdarlıq alətlərinin hazırlanmasında iştirak etmək;
  • Fraud hallarının kök səbəblərini təhlil etmək və risklərin azaldılması üzrə təkliflər hazırlamaq;
  • Bankın struktur bölmələrinin əsasnamələrini, qayda və prosedurlarını, tariflərini və digər daxili normativ sənədlərini daxili nəzarət və risklərin idarə edilməsi baxımından təhlil etmək, müəyyən edilmiş çatışmazlıqlar üzrə rəy və təkliflər vermək;
  • Bankın daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini mütəmadi qiymətləndirmək, nəzarət boşluqlarını müəyyən etmək və onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
  • Daxili nəzarət proseslərinin gücləndirilməsi məqsədilə yeni alət və mexanizmlərin hazırlanmasında iştirak etmək və onların tətbiqi üzrə təkliflər vermək;
  • Bankın struktur bölmələri, fəaliyyət istiqamətləri, məhsul növləri və daxili əməliyyat sistemləri üzrə risk əsaslı nəzarət, monitorinq, araşdırma və qiymətləndirmə tədbirlərində iştirak etmək;
  • Bankda baş vermiş və ya baş vermə ehtimalı olan fraud və digər əməliyyat riskləri üzrə məlumatları təhlil etmək, araşdırmalar aparmaq, nəticə və təkliflər hazırlamaq;
  • Rəhbərliyin tapşırığı əsasında Departamentin məqsəd və funksiyalarına uyğun vəzifə öhdəliklərindən irəli gələn digər işləri yerinə yetirmək.


Tələblər

  • Maliyyə, iqtisadiyyat, audit, bank işi, hüquq və ya digər əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • Daxili nəzarət, risklərin idarə edilməsi, daxili audit, fraud risklərinin idarə edilməsi və ya bank sektorunda müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Bank qanunvericiliyi, daxili nəzarət, əməliyyat riskləri və daxili audit istiqamətləri üzrə biliklər;
  • Bank proseslərini, qayda və prosedurlarını təhlil və qiymətləndirmək bacarığı;
  • Fraud hallarının aşkarlanması, araşdırılması, kök səbəblərinin müəyyən edilməsi və qarşısının alınması üzrə bilik və bacarıqlar;
  • Güclü analitik düşüncə, məlumatları təhlil etmək və faktlara əsaslanan nəticələr çıxarmaq bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi nitq, rus və/və ya ingilis dili biliyi arzuolunandır;
  • Müstəqil və komanda daxilində işləmək, məsuliyyət götürmək və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı;
  • MS Office proqramlarında, xüsusilə MS Excel-də sərbəst işləmək bacarığı;
  • SQL və digər məlumat təhlili alətləri üzrə biliklərin olması arzuolunandır;
  • Fraud risklərinin idarə edilməsi və ya daxili nəzarət sahəsində peşəkar sertifikatların olması üstünlükdür.


Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox