Təsvir
- Bankın Məlumat Ambarına (DWH) qoşularaq maliyyə, risk, kredit, satış, kart və digər istiqamətlər üzrə analitik hesabatların hazırlanması və mütəmadi təkmilləşdirilməsi;
- Hazırlanan hesabatların dəqiqliyinə, aktuallığına və performansına nəzarət edilməsi;
- Hesabatların fasiləsiz və stabil işləməsinin təmin olunması;
- Analitik hesabatların hazırlanması üçün kompleks SQL sorğularının yazılması;
- View-ların, stored procedure-ların və window funksiyalarının yaradılması və idarə olunması;
- SQL sorğularının icra sürətinin artırılması məqsədilə optimallaşdırma tədbirlərinin həyata keçirilməsi;
- Mövcud analitik hesabatların texniki təhlili və performansının artırılması (materialized view-lar, indeksləmə, partitioning, query refactor və s.);
- Məlumatların doğruluğuna, tamlığına və ardıcıllığına nəzarət edilməsi;
- Məlumat keyfiyyəti ilə bağlı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi;
- Məlumatların miqrasiyası və performansının optimallaşdırılması proseslərinə dəstək göstərilməsi;
- Məlumatların arxivləşdirilməsi və saxlanma siyasətinə riayət olunmasının təmin edilməsi.
Tələblər
- Ali təhsil (İT, Riyaziyyat, İqtisadiyyat və ya digər texniki sahələr üzrə)
- Bank sektorunda minimum 3–5 il analitik hesabatların hazırlanması və məlumat anbarları (DWH) ilə iş təcrübəsi;
- Data Warehouse (DWH) anlayışları, məlumat modelləri və strukturu üzrə dərin biliklər;
- Güclü SQL sorğu yazma bacarığı (MS SQL, Oracle və ya digər RDBMS);
- BI alətləri ilə işləmə bacarığı (Tibco Spotfire, Power BI, QlikView və ya analoji platformalar);
- Məlumat keyfiyyəti, performans və optimallaşdırma prinsipləri üzrə biliklər;
- Excel və digər analitik alətlər vasitəsilə hesabatların vizuallaşdırılması bacarığı;
- Maliyyə, risk, kredit, satış, kart və digər biznes istiqamətləri üzrə analitik hesabatların hazırlanması təcrübəsi;
- Məlumat inteqrasiyası və ETL prosesləri üzrə baza səviyyəsində biliklər;
- Bank biznes prosesləri (maliyyə, kreditləşmə, müştəri portfeli və s.) üzrə anlayış;
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Yüksək məsuliyyət hissi və detallara diqqətlilik;
- Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı;
- Tapşırıqları vaxtında və yüksək dəqiqliklə yerinə yetirmə qabiliyyəti.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!