Vakansiya haqqında
"Data Science" bacarıqlarını təkmilləşdirmək üçün QSS Analytics təcrübə proqramına qoşul!
"QSS Analytics"in Azərbaycanda gələcək data mütəxəssislərinin yetişməsində böyük rolu vardır.
İndiyə qədər yüzlərlə gənc şirkətimizin təcrübə proqramından faydalanmış, data elmi karyeralarının ilkin addımlarını müvəffəqiyyətlə atmağa başlamışdır.
"QSS Analytics"də təcrübəçi olmuş gənclərin bir çoxu hazırda ölkənin ən qabaqcıl müəssisələrində Data Scientist, Data Analitik və BI mütəxəssisi kimi çalışır.
Kimlər müraciət edə bilər?
- Analitikanı öyrənməyə həvəsli olan çalışqan və potensiallı gənclər;
- Bakalavr və ya magistr pilləsində təhsil alan tələbələr.
- Təcrübə müddəti başa çatdıqdan sonra yüksək nailiyyət əldə etmiş təcrübəçilərə iş təklif oluna bilər.
Təcrübə proqramı FULL-TIME nəzərdə tutulmuşdur və ÖDƏNİŞSİZDİR.
Müraciət üçün CV-nizi vacancy@qss.az email ünvanına mövzu hissəsində "Full-time Data Science Internship" qeyd edərək göndərə bilərsiniz.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!