Description:Görəcəyiniz işlər:
• Müxtəlif analitik üsul və vasitələrdən (Python, SQL, Qliksense, vəs.) istifadə etməklə məlumatları əldə etmək, analiz etmək və vizuallaşdırmaq;
• Kompleks biznes/müştəri problemlərinin həll edilməsi üçün məlumatların təhlili nəticəsində proqnozları və tövsiyələri formalaşdırmaq;
• Bankın biznes yönümlü departamentləri ilə birgə formalaşdırılan komandalarda data üzrə proqnozların formalaşdırılması üzrə cavabdeh şəxs kimi fəaliyyət göstərmək.
Bizim üçün uyğun namizəd:
• Ali texniki təhsilə (Kompüter Elmləri, Proqram Mühəndisliyi və ya Proqramlaşdırma);
• Bank, telekommunikasiya və sığorta şirkətləri sahəsində analitik rolda ən azı 3 il təcrübəyə;
• Yüksək səviyyədə SQL biliklərinə (Python – arzu olunandır), böyük və kompleks data set-ləri ilə işləmə təcrübəsinə;
• Vizuallaşdırma alətlərindən istifadə təcrübəsinə (Tableau, QlikSense, PowerBI) - arzuolunandır;
• Güclü kommunikasiya və vaxtın idarə edilməsi bacarıqlarına;
• Datanın təhlili nəticələrindən istifadə edərək qeyri-texniki dildə öngörüşlərin auditoriyaya çatdırılması qabiliyyətinə;
• Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!