Data Analitik

  • Şəhər

    Bakı

  • Kateqoriya

    Texnologiya

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    09 aprel 2025

  • Bitmə tarixi

    09 may 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Data Analitik vakansiyaları üçün bura keçid edin!


“DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə edilməsi, Nazirliyin informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsi, dövlət və qeyri-dövlət qurumlarının informasiya bazaları ilə qarşılıqlı inteqrasiyanın, habelə elektron xidmətlərin təşkili və dayanıqlılığının təmin olunması, informasiya sistemlərinə peşəkar dəstəyin göstərilməsi və inkişaf etdirilməsi, informasiya sistemlərinin səmərəli və təhlükəsiz işinin təmin edilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərir.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışmağın üstünlükləri:

  • informasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • karyera irəliləyişlərində yaradılan imkanlar;
  • Mərkəzdaxili aktiv sosial həyat.

VƏZİFƏ: Data analitik

VƏZİFƏ FUNKSİYALARI:

  • vizuallaşdırılmış təhlilləri optimallaşdırmaq;
  • gündəlik təhlillər apararaq məlumatlarda olan uyğunsuzluqları aşkarlamaq;
  • statistik təhlillər aparmaq və hesabatlar hazırlamaq;
  • monitorinqlər aparmaq, monitorinqin nəticəsini təhlil etmək və bu istiqamət üzrə təkliflər hazırlamaq;
  • gündəlik, aylıq, rüblük və illik hesabatları hazırlamaq;
  • fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
  • fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:

  • ali təhsil;
  • 2 ildən artıq iş təcrübəsi;
  • RDBMS bilikləri;
  • XML, JSON, CSV və digər fayl formatlarında olan məlumatlarla işləmək bacarığı;
  • PostgreSQL və PL/SQL ilə iş təcrübəsi;
  • Tableau, PowerBI və Apache Superset ilə iş təcrübəsi;
  • “Powerquery” və “Dax language” ilə iş təcrübəsi;
  • Mürəkkəb sorğuların və skriptlərin yaradılması və təhlili bacarığı;
  • MS Office proqramları (Excel bilikləri yüksək səviyyədə).

Üstünlük göstəriciləri

  • NoSQL və ya DBMS biliklərinin olması;
  • “Python” proqramlaşdırma dilində təcrübə olması.

VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:

  • məsuliyyətlilik;
  • etibarlılıq və dürüstlük;
  • inkişafa yönümlü və innovativlik;
  • operativlik və çeviklik;
  • təşəbbüskarlıq;
  • nəticəyə hədəfli;
  • komanda işi.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan #905074

  • 3541

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox