Vakansiya haqqında
Birbank informasiya təhlükəsizliyi sahəsində karyera qurmaq istəyən tələbələr və yeni məzunlar üçün yeni təlim–təcrübə proqramını elan edir!
4 aylıq bu proqram vasitəsilə həm Blue Team (müdafiə), həm də Red Team (hücum) istiqamətlərində real biliklər, praktiki təcrübə və peşəkar mentor dəstəyi əldə edəcəksiniz.
+ ' ' +- 2-ci, 3-cü və 4-cü kurs tələbələri və yeni məzunlar
- İnformasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kibertəhlükəsizlik, kompüter elmləri və əlaqəli ixtisaslarda təhsil alanlar
- Analitik düşüncə, komandada işi, ünsiyyət bacarıqlarına sahib olanlar
- İnformasiya təhlükəsizliyi sahəsində karyera qurmaq istəyənlər və inkişafa açıq olanlar
- Yeni texnologiyaları, alətləri və metodologiyaları öyrənməyə maraq göstərən və daim biliklərini təkmilləşdirməyə hazır olanlar
Seçim mərhələləri
1. CV Screening
2. Onlayn test
3. CTF Challenge
+ ' ' +- Real InfoSec mühitində təcrübə
- Güclü portfolio üçün praktiki layihələr
- Mentor dəstəyi
- Şəxsi inkişaf, networking və karyera imkanları
- Uğurlu iştirakçılar üçün gələcəkdə iş imkanları
· Təlimçilər tərəfindən təyin olunan bütün dərslərdə və sessiyalarda aktiv iştirak etmək
· Həftəlik praktiki tapşırıqları və layihə fəaliyyətlərini vaxtında tamamlamaq
· Məlumatların məxfiliyinə və təşkilatın təhlükəsizlik qaydalarına əməl etmək
· Komandada əməkdaşlıq, peşəkar davranış və öyrənməyə açıq olmaq
· Təlim və təcrübə müddətində verilən rəy və mentor tövsiyələrini nəzərə alaraq özünüinkişafa yönəlmək
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!