−50% İlk paketə · təkrar alışa −25%yalnız 29 noyabra qədər paketlərə 00gün: 00saat: 00dəq: 00san Paket al →
Yeni

Cybersecurity Specialist

27 noyabr 2026 38 baxış

Vakansiya haqqında

Təsvir

  • İnformasiya təhlükəsizliyi sistemlərinin (WAF, NGFW, EDR, DLP, PAM, SIEM, MDM və s.) layihələndirilməsi, quraşdırılması, sazlanması, idarə edilməsi və fasiləsiz işləməsinin təmin edilməsi;
  • Veb tətbiqlərin və API-lərin WAF vasitəsilə qorunması, təhlükəsizlik siyasətlərinin hazırlanması, yanlış pozitiv halların azaldılması və qaydaların optimallaşdırılması;
  • Yeni veb tətbiqlərin WAF-a inteqrasiyasının və təhlükəsizlik tələblərinə uyğunluğunun təmin edilməsi;
  • Firewall və digər şəbəkə təhlükəsizliyi avadanlıqlarında giriş qaydalarının tənzimlənməsi və optimallaşdırılması;
  • Serverlərin, iş stansiyalarının və şəbəkə avadanlıqlarının CIS Benchmarks və daxili standartlara uyğun sərtləşdirilməsi (hardening);
  • Endpoint təhlükəsizliyi və mobil cihazların idarə edilməsi həllərinin tətbiqi və inkişaf etdirilməsi;
  • Məlumat sızıntısının qarşısının alınması (DLP) və imtiyazlı girişlərin idarə edilməsi (PAM) sistemlərinin idarə edilməsi və dəstəklənməsi;
  • Təhlükəsizlik zəifliklərinin aşkarlanması, nəticələrin təhlili və aradan qaldırılması prosesinin İT komandaları ilə birlikdə izlənilməsi;
  • Şirkət layihələrində və İT infrastrukturunda dəyişikliklər zamanı kibertəhlükəsizlik tələblərinin müəyyən edilməsi və tətbiqi;
  • Təhlükəsizlik sistemlərinin yenilənməsi, yüksək əlçatanlıq və bərpa ssenarilərinin test edilməsi;
  • Daxili və xarici auditlərdə iştirak, texniki sübutların təqdim edilməsi və audit tapıntıları üzrə düzəldici tədbirlərin icrası;
  • Texniki sənədlərin, konfiqurasiyaların və iş təlimatlarının hazırlanması və yenilənməsi;
  • Təhlükəsizlik göstəricilərinin (KPI/KRI) izlənilməsi, hesabat və təqdimatların hazırlanması;
  • Təchizatçılar və texniki dəstək komandaları ilə əməkdaşlıq.


Tələblər

  • İnformasiya təhlükəsizliyi sahəsində 1–2 il iş təcrübəsi;
  • Təhlükəsizlik həllərinin (WAF, NGFW, IPS/IDS, EDR/XDR, DLP, PAM, SIEM, MDM, e-poçt təhlükəsizliyi və s.) quraşdırılması, sazlanması və istismarı üzrə nəzəri və praktiki biliklər;
  • WAF həllərinin idarə edilməsi, imza və qaydaların tənzimlənməsi üzrə praktiki biliklər;
  • Firewall və NGFW qaydalarının idarə edilməsi, şəbəkə seqmentasiyası və VPN həlləri üzrə biliklər;
  • Şəbəkə protokolları (TCP/IP, DNS, HTTP/S, TLS/SSL, SMTP) və şəbəkə arxitekturası üzrə biliklər;
  • Endpoint təhlükəsizliyi, MDM və sistemlərin sərtləşdirilməsi üzrə praktiki biliklər;
  • DLP və PAM həllərinin iş prinsipləri və idarə edilməsi üzrə biliklər;
  • Windows Server və Linux əməliyyat sistemlərinin təhlükəsiz administrasiyası üzrə biliklər;
  • Active Directory, Entra ID (Azure AD), LDAP, MFA, SSO və IAM prinsipləri üzrə biliklər;
  • Zəifliklərin aşkarlanması və idarə edilməsi alətləri ilə işləmək bacarığı;
  • SSL/TLS sertifikatlarının və açıq açar infrastrukturunun (PKI) idarə edilməsi üzrə biliklər;
  • ISO/IEC 27001, NIST CSF və CIS Benchmarks üzrə biliklər;
  • Azərbaycan Respublikası Mərkəzi Bankının informasiya təhlükəsizliyi üzrə tələbləri və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə biliklər;
  • PowerShell, Python və ya Bash vasitəsilə proseslərin avtomatlaşdırılması bacarığı;
  • Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə (texniki terminologiya daxil olmaqla) bilmək;
  • Texniki sənədləşdirmə və hesabat hazırlamaq bacarığı.

Üstünlük verilən bilik və təcrübələr

  • İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri və ya digər əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • CompTIA Security+, CCNA/CCNP Security, CEH və ya sahə üzrə digər peşəkar sertifikatlar;
  • Maliyyə və ya sığorta sektorunda iş təcrübəsi;
  • Bulud təhlükəsizliyi və Microsoft 365 təhlükəsizlik həlləri üzrə biliklər;
  • DLP, PAM və digər təhlükəsizlik həllərinin sıfırdan tətbiqi və ya miqrasiyası layihələrində iştirak təcrübəsi;
  • Load balancer, reverse proxy və API Gateway həlləri ilə iş təcrübəsi;
  • DevSecOps prinsipləri və CI/CD proseslərində təhlükəsizlik üzrə biliklər.

Şəxsi keyfiyyətlər

  • Analitik və sistemli düşüncə;
  • Diqqətlilik və məsuliyyətlilik;
  • Problemləri operativ həll etmək bacarığı;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Öyrənməyə həvəs və təşəbbüskarlıq;
  • Mürəkkəb texniki mövzuları sadə və anlaşıqlı dildə izah etmək bacarığı;
  • Müstəqil işləmək və tapşırıqları prioritetləşdirmək bacarığı.


Hörmətli PAŞA Qrup əməkdaşı,

Qrupdaxili vakansiyalara müraciət prosesi Mobility platforması üzərindən həyata keçirilir. Mobility platformasının çalışdığınız şirkətdə mövcud olmadığı və ya platformadan istifadə imkanının sizin üçün əlçatan olmadığı hallarda müraciətinizi [email protected] vasitəsilə təqdim edə bilərsiniz.

İnanırıq ki, hər yeni imkan peşəkar inkişaf yolunda yeni bir addımdır.


Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

CV-niz bu elana uyğundurmu?

AI CV-nizi bu elanın tələbləri ilə müqayisə edir və nəyi gücləndirməli olduğunuzu göstərir.

Daxil olun və yoxlayın

Yoxlama pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

Müraciət et

CV-nizi bir kliklə göndərin.

Müraciət et

Müsahibəyə hazırlaşın

Bu vəzifə üçün ehtimal olunan müsahibə sualları və CV-nizə əsaslanan cavab nümunələri.

Pulsuzdur, yalnız qeydiyyat tələb olunur.

PASHA Life — Təhlükəsizlik üzrə mütəxəssis vakansiyası haqqında suallar

Maaş nə qədərdir?

PASHA Life-ın təhlükəsizlik üzrə mütəxəssis vakansiyasında maaş elanda göstərilməyib. Maaşın məbləği barədə məlumat elanda yoxdur.

İş harada yerləşir, uzaqdan işləmək mümkündürmü?

PASHA Life-ın təhlükəsizlik üzrə mütəxəssis vakansiyası üzrə iş Bakıda yerləşir.

Son müraciət tarixi nədir?

PASHA Life-ın təhlükəsizlik üzrə mütəxəssis vakansiyasına müraciət üçün son tarix 27 dekabr 2026-dır.

Necə müraciət etmək olar?

PASHA Life-ın təhlükəsizlik üzrə mütəxəssis vakansiyasına müraciət elan səhifəsindəki "Müraciət et" düyməsi ilə şirkətin müraciət səhifəsində edilir. Qrupdaxili namizədlər üçün müraciət Mobility platforması üzərindən həyata keçirilir.

Neçə il iş təcrübəsi tələb olunur?

PASHA Life-ın təhlükəsizlik üzrə mütəxəssis vakansiyasında informasiya təhlükəsizliyi sahəsində 1–2 il iş təcrübəsi tələb olunur.

Namizəddən hansı bacarıqlar tələb olunur?

PASHA Life-ın təhlükəsizlik üzrə mütəxəssis vakansiyasında namizəddən WAF, NGFW, IPS/IDS, EDR/XDR, DLP, PAM, SIEM və MDM həllərinin quraşdırılması və idarə edilməsi üzrə biliklər tələb olunur. Bundan əlavə, şəbəkə protokolları, Windows Server və Linux administrasiyası, Active Directory, MFA, SSO, IAM, PKI, ISO/IEC 27001, NIST CSF və CIS Benchmarks üzrə biliklər, PowerShell, Python və ya Bash ilə avtomatlaşdırma bacarığı, Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı bilmək və texniki sənədləşdirmə bacarığı gözlənilir.

Təhsil tələbi varmı?

PASHA Life-ın təhlükəsizlik üzrə mütəxəssis vakansiyasında məcburi təhsil tələbi göstərilməyib. Informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri və ya əlaqəli ixtisaslar üzrə ali təhsil üstünlük kimi qeyd olunub.

Təcrübəsiz müraciət etmək olarmı?

Xeyr, PASHA Life-ın təhlükəsizlik üzrə mütəxəssis vakansiyasında ən azı 1–2 il informasiya təhlükəsizliyi sahəsində iş təcrübəsi tələb olunur.

Gələcək Cybersecurity Specialist vakansiyasına indi müraciət et

İndi CV yaradaraq arzuladığınız vəzifə üzrə yaranacaq vakansiyaya ilk siz müraciət edin.

Müraciət et

Oxşar vakansiyalar

12

Premium et və elanını daha böyük kütləyə çatdır

Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik müddətinin sonunadək orada qalacaq.

Xidmətin müddətini seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

Elanını irəli çək və elanını daha böyük kütləyə çatdır

Sizin elan seçilmiş paketə uyğun olaraq irəli çəkiləcək və ana səhifədə üst-də görünəcək

Xidmətin növünü seçin:
Ödəniş etməklə sayt istifadəçi razılaşmasını və sayt qaydalarını qəbul etmiş olursunuz.

İdarə heyyətinə şikayətinizi bildirin

Şikayət səbəbini seçin:

DİQQƏT!

Bu əməliyyatı yerinə yetirmək üçün namizəd profilinə keçid edin

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ