CRM üzrə mütəxəssis

CRM üzrə mütəxəssis

  • Şəhər

    Bakı

  • Kateqoriya

    İctimaiyyətlə əlaqələr (PR)

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    29 oktyabr 2020

  • Bitmə tarixi

    28 noyabr 2020

  • E-mail E-poçt göstər

Diqqət!

Bu elanın vaxtı bitib. CRM mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Vəzifələr

• Müştərilərin saxlanılmasına və loyallığının artırılmasına kömək edən CRM strategiyalarının planlaşdırılması və tətbiqi;
• Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
• Gündəlik olaraq müxtəlif metodlardan istifadə edərək hədəf göstəricilərinə çatmaq üçün müxtəlif meyarlara görə müştəri bazasının seqmentasiyası;
• “Customer Journey Map” üzrə qarşılıqlı əlaqə nöqtələrini təhlil etmək və təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;
• CRM kampaniyaların qurulması, sms, email və zəng siyahıları vasitəsilə üçün birbaşa əlaqə zamanlamasının yaradılması;
• CRM kampaniyaların effektivliyi, məlumat bazasının cari vəziyyəti, yaranmış çətinliklər və s. barədə hesabatların hazırlanması.


Namizədə tələblər:

• Ali təhsil;

• Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilməli;

• CRM sahəsində 1-3 illik təcrübə;

• SQL, Excel, Powerpoint proqramları üzrə dərin biliklər;

• Email və Push göndəriş servisləri və CRM sistemləri ilə iş təcrübəsi;

• CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübənin olması arzuolunandır;

• Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli (Open Rate, Bounce Rate, Conversion Rate, Retention Rate);

• Analiz, problemlərin həlli və qərarvermə;

• Keyfiyyətə fokuslanma;

• Dəqiqlik və təfsilatlara yönümlülük.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV hrm_jobs@mail.ru elektron ünvana təqdim edə bilərlər.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox