İT təcrübə proqramı (Android developer)

İT təcrübə proqramı (Android developer)

Kapital Bank
  • Şəhər

    Bakı, PBT2 (Port Baku Tower 2),

  • Kateqoriya

    Proqramlaşdırma

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Təcrübəçi

  • Yerləşmə tarixi

    10 avqust 2026

  • Bitmə tarixi

    25 avqust 2026

Bir ekosisteminin "Code Camp" layihəsi İT sahəsində karyerasına başlamaq və real iş mühitində təcrübə qazanmaq istəyən gənclər üçün təcrübə proqramıdır. Proqram iştirakçılara fərqli texnoloji istiqamətlər üzrə təcrübəli mütəxəssislərlə birlikdə işləmək, real layihələrdə iştirak etmək və biliklərini praktikada inkişaf etdirmək imkanı yaradır.


Proqram çərçivəsində Android, iOS, Backend, System Development, IT Business Analysis və Quality Assurance (QA) istiqamətləri üzrə təcrübə imkanları təqdim olunur.

+ ' ' +
  • Proqramlaşdırma üzrə əsas biliyin olması (universitet təhsili, kurs/bootcamp və ya fərdi öyrənmə yolu ilə əldə edilməsindən asılı olmayaraq)
  • Kotlin və ya Java dilində proqramlaşdırmanın əsaslarını bilmək (OOP prinsipləri, data strukturları)
  • Android platforması haqqında ilkin anlayış: Activity, lifecycle, UI qurulması
  • Ən azı bir tamamlanmış layihə və ya kod nümunəsi (GitHub reposu, kurs layihəsi və ya sadə mobil tətbiq) üstünlükdür
  • Git ilə işin əsasları (commit, branch, merge request) üstünlükdür
  • Texniki sənədləri ingilis dilində oxuya bilmək
  • Öyrənməyə həvəs, məsuliyyətlilik, komanda ilə işləmə bacarığı
+ ' ' +
  • Ekosistem səviyyəsində öyrədici imkanlar və inkişaf fürsətləri 
  • Təcrübəli İT mütəxəssislərindən mentorluq
  • Real məhsul və layihələr üzərində iş təcrübəsi
  • Milyonlarla müştərinin istifadə etdiyi həllərin inkişafında iştirak
  • Dəstəkləyici və açıqfikirli mədəniyyət 
  • Proqramdan sonra texnologiya və biznesin kəsişməsində karyera imkanı
+ ' ' +
  • Mentorun nəzarəti altında mövcud Android tətbiqinə kod yazmaq və sadə tapşırıqları yerinə yetirmək
  • UI komponentləri dizayna uyğun hazırlamaq (Jetpack Compose)
  • Xətaların (bug) araşdırılması və aradan qaldırılmasında iştirak etmək
  • Yazılan kod üçün sadə unit testləri hazırlamaq
  • Kod yoxlama (code review) prosesində iştirak etmək, rəylərə əsasən kodu təkmilləşdirmək
  • Komandanın gündəlik görüşlərində və planlaşdırma sessiyalarında iştirak etmək
  • Komandanın kod standartlarına və arxitektura yanaşmasına riayət etmək
  • Verilmiş öyrənmə planı üzrə texnologiyaları mənimsəmək və irəliləyiş barədə məlumat vermək

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Oxşar vakansiyalardan bildiriş al

İT təcrübə proqramı (Android developer) vakansiyaları olduğu zaman anında bildirişi e-poçtunuza alın.

Oxşar vakansiyalar

Ən son vakansiyalar - İş elanları 2025

Daha çox