Vakansiya haqqında
Çayçı
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İnzibati idarəetmə bölməsində çayçı vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Çayçı nə iş görür?
- Rəhbərlərə, şirkət qonaqlarına və müştərilərinə çay, kofe verilməsi
- Mətbəxin və istifadə edilən əşyaların təmiz saxlanılmasına nəzarət edilməsi
- Mətbəxlə bağlı aylıq ehtiyacların vaxtında müvafiq şöbəyə bildirilməsi
Əlavə məlumat
- 5 günlük iş qrafiki – 9:00 – 18:00
- Əmək haqqı: 300-400 AZN
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Çayçı” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Namizədə tələblər:Hansı özəlliklərə malik olmalıdır?
- 24-40 yaş aralığı
- Təmizkar və səliqəli olmalı
- İntizamlı və məsuliyyətli olmalı
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!