Vakansiya haqqında
- Layihənin tələblərini və gözləntilərini tam şəkildə mənimsəmək;
- Satış məqsədi olmadan keçirilən müxtəlif təlim və tədbirlərə iştirakçıları dəvət etmək;
- Edilən zənglərin daxili sistemdə qeydə alınması və gündəlik, həftəlik, aylıq hesabatların verilməsi;
- Keçiriləcək layihələrin məqsədini və hədəf kütləsini anlayaraq məlumatların ötürülməsi zamanı düzgün və lazımi informasiyanın ətraflı çatdırılması;
- Tapşırılan həftəlik və günlük zəng sayına çatmaq;
- İştirakçılar tərəfindən verilən sualların tam şəkildə cavablandırması, cavablana bilinməyən sualların rəhbər şəxslərə yönləndirilməsi;
- Zəng edən və ya zəng olunan bütün iştirakçılara xüsusi yanaşma və təmkinli davranış;
- Vətəndaşların təklif və iradlarını qəbul edərək rəhbər şəxslərə yönləndirilməsinin təmin olunması;
- Şirkətin daxili intizam, etik davranış, məxfi məlumatların açıqlanmaması və digər qaydalara riayət olunması.
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
- Düzgün diksiya;
- Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Dinləmə, inandırma və münaqişələrin həlli bacarıqları;
- MS Office proqramlarından yaxşı istifadə etmə bacarığı;
- Müvafiq sahə üzrə minimum 2 il təcrübə;
- Yalnız xanım namizədlər.
CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatlar lokanik və aydın qeyd olunmalıdır.
Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.
Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@gravityinc.az elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “ Çağrı Mərkəzinin operatoru” qeyd etmələri xahiş olunur.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!